Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
81451
az

İsrail polisi erməniləri həbs etdi: Ölkəmizi tərk edin! - VİDEO

18:3530 Yanvar, 2023
127
CƏMİYYƏT
  • A

İsrail polisi Qüdsdə yəhudi gənclərə hücum edən erməni radikalları həbs edib.
OXU24.COM  xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.

İsrail polisi müqavimət göstərməyə çalışan ermənilərə qarşı sərt davranıb. Belə ki, polis, Yerusəlim şəhərində yəhudilərə hücum edən bir qrup ermənini döyüb. Polis əməkdaşları erməniləri döydükdən sonra bölməyə aparıblar.

"Sputnik Armenia" isə iddia edir ki, yəhudilər Erməni Apostol Kilsəsinin Yerusəlim Patriarxlığının binasının damından xaçkarı və erməni bayrağını götürməyə cəhd edib, həmçinin ermənilərə qarşı iki hücum həyata keçiriblər.

Patriarxlığın kansler departamentinin rəhbəri Dikon Aqan Qoqçyan özünün feysbuk səhifəsində hadisəni bu cür təsvir edib:

"İşdən qayıdan iki erməni gəncə hücum edilib. Eyni zamanda onlar qışqırırdılar: "Bura bizim ölkədir, gedin bizim ölkəmizdən". Onlardan biri gözyaşardıcı qazdan istifadə edib, sonra hər ikisi qaçıb. Bu hadisədən bir saat sonra başqa bir qrup yəhudi Patriarxiyanın damına çıxıb və bayrağı çıxarmağa çalışıblar. Onlar ərazidən uzaqlaşaraq fərqli tərkibdə və maskalarla geri qaydıblar. Yəhudi gənclər "terror aktı" deyərək qışqıra-qışqıra qaçıblar. Bunu görən polis ermənilərin yolunu kəsib və onların bəzilərinə qarşı güc tətbiq edib. Onlardan bəzisi polis tərəfindən saxlanılıb və bölməyə aparılıb"

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ümummilli lider Heydər Əliyevin doğum günüdür
Azərbaycanda hərbi xidmətə çağırış yaşı ARTIRILIR? - AÇIQLAMA
Diabet xəstələri üçün olan qidalar niyə bahadır? - VİDEO

Nəhəng günəş ləkəsi Yerdən adi gözlə görünməyə başladı

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Şagird müəllimənin başına zibil torbası keçirdi
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Spirtli içki qəbul edib evini yandıran şəxs öldü - FOTO/YENİLƏNDİ