Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
81377
az

Kartofda zəhərli maddənin olduğunu necə bilməli? - Diqqət!

21:3928 Yanvar, 2023
130
CƏMİYYƏT
  • A

Təhlükəli alkaloid kartofu zəhərləyən maddədir. Bu maddə insan orqanizmi üçün təhlükəlidir. Təəssüf ki, hazırda qida üçün yararlı hesab olunub, satışda olan kartofda da bu maddə var.

OXU24.COM  kartofda toksiki maddənin olmasını necə təyin etməyin yollarını təqdim edir. Kənd təsərrüfatı elmləri üzrə namizəd Stanislav Malçev kartofun zəhərli olub-olmadığını aydınlaşdırmaq üçün onu kəsəndə rənginə baxmağın vacib olduğunu deyib.

Kartof düzgün şəraitdə saxlanılmadıqda onun içində mərkəzində toksiki maddə - alkaloid yığılır.

"Kartofun nə qədər uzun saxlanma müddəti olsa da, onun da yararlıdıq dövrü var.

Əgər məhsul avqustun sonu yığılıbsa, o zaman aprelə kartof artıq köhnə hesan olunur. Kartof qaranlıq yerdə saxlanılıbsa, onun ancaq dad keyfiyyəti itir, əgər işıqlı, gün düşən yerdə qalıbsa, yanvar ayına kimi artıq bu kartofda toksiki maddə əmələ gəlir.

Əksər sortlar aprel-mnaya kimi qala bilir.

Yenə də saxlanma şəraitindən asılıdır. Əgər temperatur stabil olaraq 3-4 dərəcədə qalmayıbsa, yanvar ayına qədər bu kartof korlanacaq.

Kartof o halda təhlükəli olur ki, o işıqlı yerdə saxlanılıb. Bu zaman kartofun özəyi yaşıl rəng alır. Əgər belə yaşıllaşmna varsa, deməli onda gün işığının təsirindən xlorofil və təhlükəli alkaloid formalaşıb.

Belə kartofu almaq, yemək olmaz. Kartofu kəsib, təmizləyib, həmin yaşıl hissəni kəsib atmaqla toksiki zəhəri çıxarmaq praktiki olaraq, mümkün deyil. Yaşıl rəng almış kartofu soymağa, təmizləməyə, bişirməyə cəhd belə etməyin.

Qaynar suda belə bu maddə yoxa çıxmır. Bu kartof bütövlükdə atılmalıdır".

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Broyler toyuqlarının bu hissələrini yeməyin
Xolesterol səviyyəsini idarə etməyə kömək edəcək unikal içki
Quba və Xaçmaza dolu yağır - VİDEO

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Bakıda kişi gecə saatlarında özünü asdı