Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
81118
az

Başqasının yazışmalarını OĞURLAMAQ - Bu əməlin CƏZASI NƏDİR?

02:3223 Yanvar, 2023
193
CƏMİYYƏT
  • A

Sosial şəbəkə platformalarında başqasını müxtəlif platformalardakı profillərindən şəxsi yazışmalarını izləmək, profillərinin parolunu qırmaq kimi xidmətlər təklif edənlər var. Bundan narahat olanlar olduğu kimi, bu xidmətdən istifadə etmək üçün müraciət edənlər də az deyil.

Bəs deyildiyi kimi başqasının müxtəlif sosial şəbəkə platformalarında başqalarının şəxsi yazışmalarını oxumaq, profillərinin parolunu qırmaq mümkündürmü?

Day.Az xəbər verir ki, bizim.media-nın suallarını cavablandıran informasiya texnologiyaları üzrə mütəxəssis Fərid Kazımov bu cür halların mümkün olduğunu bildirib:

"İstifadə etdiyimiz "messenger"lərin veb versiyaları var və hakerlər də çox vaxt bunlardan istifadə edirlər. Dəfələrlə hansısa faylı açdıqdan və ya yüklədikdən sonra hesabının ələ keçirilməsi halları ilə qarşılaşan insanlar olub".

Mütəxəssis bu cür hallardan qorunmaq üçün kibertəhlükəsizlik qaydalarına əməl etməyin vacibliyini söyləyib:

"Bu, kibertəhlükəsizlik məsələsidir və bu istiqamətdə insanları maarifləndirməyə ehtiyac var. Hələ də bir çox insan öz hesabına, onun təhlükəsizliyi məsələsinə qeyri-ciddi yanaşır. Buna görə, kibertəhlükəsizlik gigiyenası təbliğ olunmalı və ona riayət edilməlidir.

Təəssüf ki, bizdə hələ çoxlarının onlayn mühitdə özünü necə aparmaqla bağlı məlumatı yoxdur".

Məsələnin hüquqi məsuliyyət tərəfinə qaldıqda isə hüquqşünas Elşad İsayev söyləyib ki, bu, birmənalı olaraq cinayət əməli sayılır:

"Azərbaycan Respublikasının cinayət-prosessual Məcəlləsində kibercinayətkarlıq haqqında ayrıca fəsil var. Bu barədə məsələlər orada öz əksini tapıb. Belə ki, istər adi "Facebook" səhifəsi, istərsə də digər sosial şəbəkə səhifələrinə müdaxilənin özü şəxsin məlumatlarının ələ keçirilməsi sayılır. Şifrənin qırılması ilə məlumatların ələ keçirilməsi arasında 5 saniyə fərq var. Həmin məlumatların ələ keçirilməsi və ya bu istiqamətə yönəlmiş hərəkət cinayət fəaliyyətidir. Bu da qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur".

Xidmətdən istifadə üçün müraciət edənlərin məsuliyyət daşıyıb-daşımaması ilə bağlı məqama qaldıqda isə hüquqşünas bildirib ki, belə hallarda daha çox xidmətdən istifadə üçün müraciət edən yox, xidməti göstərən məsuliyyət daşıyır.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Mahsun Kırmızıgül Azərbaycanda kiminlə işbirliyi edəcək?
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
Oynaq ağrıları

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
SON DƏQİQƏ! Meyiti 70 gündən sonra basdırıldığı yerdən tapıldı