Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
SON DƏQİQƏ! Bu ölkə israillə əlaqələrini kəsdi

SON DƏQİQƏ! Bu ölkə israillə əlaqələrini kəsdi

Sabirabad rayonunda yeni təyinat olub

Sabirabad rayonunda yeni təyinat olub

MN-dəki 143 milyonluq cinayət işi ilə bağlı şahidlər barəsində məcburi gətirilmə qərarı çıxarılıb

MN-dəki 143 milyonluq cinayət işi ilə bağlı şahidlər barəsində məcburi gətirilmə qərarı çıxarılıb

XƏBƏR LENTİ

03 May 2024
Qan donduran hadisə: Kişi yoldan keçənə hücum edərək onun gözünü və qulağını yedi - Şəkil
MURDARÇA : çox yerdə bilinməyən faydaları
Səfərbərlik Xidmətinə 32 sürücü lazımdır - VAKANSİYALAR - ŞƏRTLƏR
Alman iş adamı Ştutqart Ali Regional Məhkəməsi qarşısına çıxarılacaq
Britaniya NATO qoşunlarının Ukraynaya göndərilməsi zərurətini rədd edir
Ermənistanda şok plan: Paşinyanı devirmək istəyənlər kimdir?+VİDEO
Ərdoğan siyasətin yumşaldılması prosesinə başlamağa hazır olduğunu açıqlayıb
ABŞ Ukraynaya göndərmək üçün bəzi silahların mövcud olmadığını açıqlayıb
Gürcüstan prezidenti xarici agentlər haqqında qanunu Avropaya inteqrasiyaya maneə hesab edib
SON DƏQİQƏ! Bu ölkə israillə əlaqələrini kəsdi
ABŞ kəşfiyyatı Rusiyanın daha bir münaqişədə iştirakını etiraf edib
Ukrayna Silahlı Qüvvələri Tokmaka Excalibur mərmisi ilə zərbə endirib, yaralılar var
Ukrayna lombardlara termal kamera və dronların satışını qadağan edib
BÜTÜN XƏBƏRLƏR
80971
az

Naxçıvanın 21 hektar ərazisi İrana verilib - Şok iddia - FOTO

22:0019 Yanvar, 2023
186
CƏMİYYƏT
  • A

Təxminən il yarım əvvəl Azərbaycan dövlətinin suveren ərazisinin təxminən 21 hektarı İran dövlətinə ya satılıb, ya da bağışlanıb! Belə ki, Naxçıvan Muxtar Respublikası (NMR) Şərur rayonunun Ərəbyengicə kəndi istiqamətində İran islam Respublikası (İİR) ilə Azərbaycan Respublikasının dövlət sərhəd xətti qanunsuz olaraq dəyişdirilib. Həmin istiqamətdə Araz çayının əsas yatağının önü kəsilərək çay suyu Azərbaycan tərəfdə olan çökəkliyə yönləndirilib. Nəticədə, 21 hektardan artıq torpaq sahəsi qonşu ölkənin ərazi hüdudlarına daxil edilib.

Ərazinin 2 il əvvəlki görüntüsü

Qeyd edək ki, "Dövlət sərhədi haqqında" Qanunun 3-cü maddəsinin 3-cü bəndinə görə, çaylarda dövlət sərhədi onların ortası və ya çayın əsas qolunun ortası üzrə müəyyən edilir. Azərbaycanla İran sərhəddi demarkasiya və delimitasiya edilərkən də bu prinsip əsas götürülüb - Araz çayının ortası dövlət sərhəd xətti kimi müəyyən olunub. Lakin təxminən il yarım əvvəl ağır texnikanın köməyi ilə barəsində danışdığımız istiqamətdə Araz çayının əsas yatağının dəyişdirilməsi işlərinə başlanılıb.

Sərhədyanı kəndlərdə yaşayan sakinlərin bildirdiyinə görə, həmin vaxt həm Naxçıvan rəhbərliyindən olan şəxslər, həm də İranın dövlət qurumlarının nümayəndələri əraziyə toplaşıblar. Bundan sonra əraziyə ağır texnikalar cəlb olunaraq Araz çayının əsas qolunun önü kəsilib, su Azərbaycan tərəfdə olan çökəkliyə yönləndirilib. Kənd sakinlərinə isə bildiriblər ki, məqsəd həmin hissədən körpü salmaq və beləliklə də qonşu ölkəyə gediş-gəlişi daha da rahatlaşdırmaqdır. Amma bir müddətdən sonra məlum olub ki, heç bir körpü tikintisi aparılmayıb və görülən işlər nəticəsində Azərbaycanın 21 hektardan artıq ərazisi İran tərəfə keçib. İran isə sözügedən ərazinin düz ortasından yük maşınları üçün avtomobil yolu çəkib. Beləliklə, Azərbaycan-İran dövlət sərhəd xətti dəyişdirilib.

Dövlət sərhədi geri çəkiləndən sonrakı görüntü

"AzPolitika.info" araşdırıb ki, internetdə rəsmi və qeyri-rəsmi bütün mənbələrdəki xəritələrdə sözügedən 21 hektar Azərbaycan dövlətinin ərazisi kimi görünür. Habelə, iki il əvvəl peykdən çəkilən fotolarda da həmin yerin Azərbaycan Respublikasının ərazi hüdudlarına daxil olduğu aydın görünür (Foto yazıda təqdim olunur). Naxçıvan rəhbərliyi ilə İran arasında il yarım əvvəl mahiyyəti qaranlıq olan sövdələşmədən sonra isə tamamilə fərqli mənzərə ortaya çıxıb. Belə ki, Google.map-dan çəkilən bu fotolarda 21 hektarlıq ərazinin artıq İran İR-a məxsus olduğu göstərilir.

 
 
 
 

 

Azərbaycan Respublikasının "Dövlət sərhədi haqqında" Qanunun 2-ci maddəsinə görə, dövlət sərhədi Azərbaycan Respublikası Milli Məclisinin qərarları ilə müəyyən edilir. Həmin maddənin 2-ci bəndində isə göstərilir ki, Azərbaycan Respublikası dövlət sərhədlərinin dəyişdirilməsi yalnız referendum yolu ilə həll oluna bilər.

Məlumdur ki, Azərbaycanda dövlət sərhədinin dəyişdirilməsi ilə bağlı Milli Məclisdə müzakirələr aparılmayıb, nə də ölkədə belə bir referendum keçirilməyib. Beləliklə, aydınlaşır ki, Respublikanın Şərur rayonunun Ərəbyenicə kəndi istiqamətindəki ərazisinin bir hissəsi (21 hektar) dövlətə qarşı ağır cinayət törədilməklə, İrana verilib. Naxçıvan rəhbərliyi bu addımı niyə atıb - ərazini satıb, bağışlayıb, yoxsa, hansısa başqa sövdələşmənin predmetinə çevirib, bu məlum deyil və təbii ki, buna Azərbaycanın müvafiq dövlət strukturları aydınlıq gətirməlidir.

Sayt məsələ ilə bağlı Dövlət Sərhəd Xidmətinə sorğu ünvanlayıb. Lakin hələ ki, susqunluq nümayiş etdirilir.

"Dövlətə xəyanət maddəsi ilə ömürlük azadlıqdan məhrum edilməlidir!"

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, Milli Məclisin Dövlət quruculuğu və hüquq siyasəti komitəsinin sədr müavini Qüdrət Həsənquliyev Naxçıvan istiqamətində dövlət sərhədinin özbaşına dəyişdirilməsi faktını "AzPolitika.info"-ya belə şərh edib:

"Naxçıvan istiqamətində dövlət sərhəddini müəyyən edən Araz çayının yatağının dəyişdirilməsi yolu ilə 21 hektar torpağın İrana verilməsi barədə məlumat məni sarsıtdı. Sputnik vasitəsilə çəkilmiş şəkillərdə öz əksini tapmış bu faktlar dərhal araşdırılmalı və təsdiqini taparsa, bu cinayətdə iştirak etmiş hər kəs Cinayət Məcəlləsinin 274-cü maddəsi əsasında dövlətə xəyanət ittihamı ilə, yəni dövlətin ərazi toxunulmazlığına qarşı cinayətkar qəsdə görə təqsirləndirilib, ömürlük azadlıqdan mərhum edilməli və dövlət sərhədləri təxirəsalınmadan bərpa olunmalıdır!

Azərbaycan Respublikası Konstitusiyasının 11-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazisi özgəninkiləşdirilə, heç bir hissəsi heç bir şəkildə kimsəyə verilə bilməz. Yalnız Milli Məclisin qərarı ilə Azərbaycanın bütün əhalisi arasında referendum keçirmək yolu ilə Azərbaycan xalqının iradəsi əsasında dövlət sərhədləri dəyişdirilə bilər. Ona görə, bir daha söyləyirəm, xalqımıza qarşı bu ağır cinayətin törədilməsi təsdiq olunarsa, dərhal deputat istintaq qrupu yaradılmalı, məsələ BMT Təhlükəsizlik Şurası səviyyəsində müzakirəyə şıxarılmalı, İran tərəfdən bu cinayətdə iştirak etmiş şəxslərin də cəzalandırılması tələb olunmalıdır".

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

MURDARÇA : çox yerdə bilinməyən faydaları
Bu yarış selə görə təxirə salındı
Əmlakına çıxarış ala bilməyənlər üçün yeniliklər olacaq - VİDEO

Rusiyada nadir çiçək tapılıb

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
Qan donduran hadisə: Kişi yoldan keçənə hücum edərək onun gözünü və qulağını yedi - Şəkil