Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
80783
az

Azərbaycanda bunu edənləri ömürlük həbs  gözləyə bilər - HÜQUQİ YARDIM 

19:4717 Yanvar, 2023
274
CƏMİYYƏT
  • A

Oxu24.com oxuculara hüquqi yardım layihəsini davam etdirir.

 

Bu dəfə təqdim etdiyimiz mövzu  qəsdən adam öldürməyə görə cəza ilə bağlıdır.

 

Cinayət Məcəlləsinin 120-ci maddəsində  bununla  bağlı   cəzadan  bəhs  edilir. 

 

120.1. Qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə—

doqquz ildən on dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 

120.2. Qəsdən:

120.2.1. bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə;

120.2.2. xuliqanlıq niyyəti ilə adam öldürmə;

120.2.3. zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özünü və ya yaxın qohumlarını öldürmə;

120.2.4. xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə;

120.2.5. tamah məqsədi ilə və ya sifarişlə, habelə zərərçəkmiş şəxsin orqanlarından və ya toxumalarından istifadə etmək məqsədi ilə adam öldürmə;

120.2.6. başqa cinayəti gizlətmə və ya onun törədilməsini yüngülləşdirmə məqsədi ilə, habelə zorlama və ya seksual xarakterli başqa zorakı hərəkətlərlə əlaqədar adam öldürmə;—

120.2.7. iki və ya daha çox şəxsi öldürmə;

120.2.8. təqsirkar şəxs üçün aşkar surətdə hamilə vəziyyətində olan qadını öldürmə;

120.2.9. təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə;

120.2.10. təkrar adam öldürmə;

120.2.11. quldurluq, hədə-qorxu ilə tələb etmə, terrorçuluq və ya banditizmlə əlaqədar adam öldürmə; 

120.2.12. milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə adam öldürmə—

on dörd ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Qeyd: Bu Məcəllənin maddələri ilə qəsdən adam öldürməyə görə məsuliyyət müəyyən olunmuş cinayətlərdən hər hansı birini və ya bir neçəsini törətmiş şəxs tərəfindən bu Məcəllənin 120-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin yenidən törədilməsi onun təkrar törədilməsi hesab olunur.

 

Hazırladı: Miri Məcidli

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Cavanşir körpüsündə son vəziyyət
Bakıda vəzifəli şəxsin oğlu vəfat etdi
Bakıda itkin düşən iki nəfər tapıldı