Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
80724
az

Ombudsmanın əməkdaşları Tofiq Yaqublu ilə görüşüb

20:5816 Yanvar, 2023
139
CƏMİYYƏT
  • A

Ombudsmanın əməkdaşları Tofiq Yaqublu ilə görüşüb.

Bu barədə Oxu24.com-a Ombudsman Aparatından məlumat verilib.

Bildirilib ki, Azərbaycanın insan hüquqları üzrə müvəkkili (Ombudsman) Səbinə Əliyevanın tapşırığı əsasında Milli Preventiv Qrupun (MPQ) üzvləri tərəfindən şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi yerlərə başçəkmələr davam etdirilir.

BMT-nin “İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiyası”nın Fakültativ Protokolu və “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” Konstitusiya Qanununun tələbləri əsasında təşkil olunmuş başçəkmələr zamanı saxlanma şəraiti və rəftar məsələləri monitorinq edilib.

Başçəkmələr zamanı MPQ üzvləri tərəfindən Daxili İşlər Nazirliyinin İnzibati Həbs Olunanların Saxlama Mərkəzində, 16.01.2023-cü il tarixdə isə yeməkdən imtina etməsi ilə bağlı həmin mərkəzdən Ə.Məlikov adına Binəqədi Tibb Mərkəzinə köçürülmüş Tofiq Yaqublu orada fərdi qaydada qəbul edilib, onun səhhəti ilə maraqlanılıb, hüquqlarının təmini məsələsi araşdırılıb.

Konfidensial qaydada keçirilmiş görüşlərdə MPQ-nin psixoloq və həkim üzvləri də iştirak ediblər.

Görüş zamanı adıçəkilən şəxsin sağlamlıq vəziyyətinin həkim nəzarətində olduğu müşahidə edilib.

Qeyd olunmalıdır ki, T.Yaqublunun vəkil və ailə üzvləri ilə görüş hüququ ilə bağlı Ombudsmanın ünvanına daxil olmuş müraciətlər də dərhal araşdırılmaqla təmin olunub.

T.Yaqublu onun vəziyyətini və hüquqlarını diqqətdə saxladığına görə ölkə Ombudsmanına təşəkkür edib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Sahibə Qafarova Sinqapurda səfərdədir
Qusarda qanunsuzluq - Cinayət işi başlandı
Əlilliyin qiymətləndirilməsi ilə bağlı YENİLİK

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Yardımlıda saxlanılan şəxslərdən 14 kiloqram marixuana aşkarlandı