Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
80705
az

Gəncədə günün ikinci yanğını, 11 nəfər zəhərləndi - FOTO

18:1416 Yanvar, 2023
130
CƏMİYYƏT
  • A

Gəncə Dövlət Regional Kollecində yanğın olub.

OXU24.COM qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə yerinə Dövlət Yanğından Mühafizə İdarəsinin canlı qüvvəsi və texnikası cəlb olunub.

İlkin məlumata görə, yanğına səbəb elektrik naqillərində qeydə alınan qısaqapanmadır. Hadisə nəticəsində 11 nəfər tüstüdən zəhərlənib. Həmin şəxslər Gəncə şəhər Abbas Səhhət adına Birləşmiş Xəstəxanaya yerləşdirilib. Onların vəziyyəti orta ağır qiymətləndirilir.

Qeyd edək ki, günün birinci yarısında Gəncə Dövlət Aqrar Universitetinin yataqxanasında da yanğın baş verib. 

TƏBİB-dən verilən məlumata görə, yanğın zamanı 11 nəfər tüstüdən zəhərlənib. 

Onlardan 10 nəfəri tüstüdən zəhərlənmə diaqnozu ilə Abbas Səhhət adına xəstəxanaya, 1 nəfər isə Akademik Zülfüqar Məmmədov adına xəstəxanaya yerləşdirilib. 

Zəhərlənənlərin hər birinə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri stabildir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ağsuda asfalt çökdü: hər iki istiqamətdə yol bağlandı
Bu yolda yarımdairə ləğv edilir - VİDEO
Bu yolda yarımdairə ləğv edilir - VİDEO

UEFA-dan Şahruddinin komandasına sərt cəza

18+

Ləman vəhşicəsinə öldürüldü - DETALLAR
İran Prezidentinin helikopter qəzası ilə bağlı şok:
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Bakıda dava edən qonşuları ayıran qadın boğazından bıçaqlanıb