Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
80640
az

Prezident başsağlığı verdi

17:3715 Yanvar, 2023
129
CƏMİYYƏT
  • A

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Gürcüstan xalqının böyük oğlu, görkəmli müğənni, aktyor və rejissor Vaxtanq Kikabidzenin vəfatı ilə əlaqədar onun doğmalarına və yaxınlarına başsağlığı verib.

Oxu24.com xəbər verir ki, Vaxtanq Kikabidzenin vəfatı xəbərindən son dərəcə kədərləndiyini bildirən dövlətimizin başçısı onun adının sovet və Gürcüstan mədəniyyətinin şanlı salnaməsinə əbədi həkk olunduğunu qeyd edib.

“Çoxşaxəli istedadı, yüksək peşəkarlığı, sənətə gətirdiyi yeni və bənzərsiz ab-hava sayəsində Vaxtanq Kikabidze bütöv bir dövrün rəmzinə çevrilmişdir. Onun kinoda canlandırdığı unudulmaz obrazları, orijinal ifaçılıq məharəti ilə oxuduğu mahnıları neçə-neçə nəslin qəlbində xüsusi yer tutur”, - deyə Prezident İlham Əliyev vurğulayıb.

Vaxtanq Kikabidzenin Azərbaycanın böyük dostu olduğunu bildirən dövlətimizin başçısı onun yaradıcılığının xalqımız tərəfindən hər zaman sevildiyini, şəxsiyyətinə böyük hörmət və rəğbət bəslənildiyini qeyd edib.

Prezident İlham Əliyev Azərbaycan ilə Gürcüstan arasında mədəni əlaqələrin inkişafına, dostluq və mehriban qonşuluq münasibətlərinin möhkəmlənməsinə də mühüm töhfələr vermiş görkəmli sənətkarın əziz xatirəsinin qəlblərdə daim yaşayacağını bildirib.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bu şəxslər hər gün yumurta yeməlidir
İlk görüşdən sonra əlaqəni necə davam etdirmək olar?
Yayda döymə etdirməyin! - Mütəxəssisdən XƏBƏRDARLIQ

Universitetə ​​daxil olduqdan 70 il  sonra məzun oldu

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Bakıda tutulan Xəyalla bağlı şok fakt: Qadınlara qarşı...(VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Yardımlıda narkokuryerlərdən 15 kq marixuana aşkarlanıb