Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
80568
az

Prezident əsasnaməni təsdiq etdi

19:2214 Yanvar, 2023
144
CƏMİYYƏT
  • A

Prezident İlham Əliyev “Daxili işlər orqanlarında xidmətdə fərqlənməyə görə” Azərbaycan Respublikasının medalı haqqında Əsasnaməni təsdiq edib.

Oxu24.com  xəbər verir ki, Əsasnaməyə görə, medalla cinayətkarlığa qarşı mübarizədə, ictimai qaydanın qorunmasında və ictimai təhlükəsizliyin təmin edilməsində xüsusi fərqlənən, daxili işlər orqanlarında vəzifələrini nümunəvi yerinə yetirən, xidmətdə yüksək nəticələr əldə edən Azərbaycan Respublikası daxili işlər orqanlarının xüsusi rütbəsi olan əməkdaşları təltif edilirlər.

“Daxili işlər orqanlarında xidmətdə fərqlənməyə görə” Azərbaycan Respublikasının medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda onlardan sonra taxılır.

***

Prezident İlham Əliyev “Azərbaycan Ali Məhkəməsinin 100 illiyi (1923–2023)” Azərbaycan Respublikasının yubiley medalı haqqında Əsasnaməni təsdiq edib.

Oxu24.com  xəbər verir ki, Əsasnaməyə görə, yubiley medalı öz vəzifələrini nümunəvi yerinə yetirən, qüsursuz fəaliyyəti ilə fərqlənən hakimlər, məhkəmələrin aparatlarında qulluq keçən dövlət qulluqçuları, məhkəmə sisteminin inkişafına töhfə vermiş şəxslər, habelə beynəlxalq tərəfdaşlar təltif edilirlər.

“Azərbaycan Ali Məhkəməsinin 100 illiyi (1923–2023)” Azərbaycan Respublikasının yubiley medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda, onlardan sonra taxılır.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

“Uçuşdan öncə baqajınızın şəkillərini çəkib özünüzdə saxlayın”- ekspertdən vacib müraciət-FOTO+ÖZƏL
Stilist 87 yaşlı Zeynəb Xanlarovanı elə bəzədi ki... - Fotolar
Bahar taksi sürücülərinə səsləndi:

Morju narahat edən turist cərimələndi

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Tramvay yandı - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Azərbaycanda dəhşətli QƏTL: dostunu bir yumruqla öldürüb basdırdı