Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
80528
az

Böyrəklərin sağlamlığını qorumaq üçün ÇOX SADƏ ÜSULLAR

09:2313 Yanvar, 2023
137
CƏMİYYƏT
  • A

Böyrəklər çox vacib orqanlardır. Kiçik ölçüdə olan bu orqanlar (böyüklərdə böyrəyin çəkisi orta hesabla təxminən 180 qr təşkil edir) orqanizmdə çox mühüm funksiya yerinə yetirir - qanı xaricdən daxil olan və həmçinin müxtəlif proseslər nəticəsində orqanizmin özündə əmələ gələn ziyanlı maddələrdən təmizləyir.

Böyrəklər çox etibarlı bioloji filtrdir. Böyrəklər işləməsə, insan bir neçə gün ərzində həlak olacaq.

Böyrəklərin sağlamlığından insanın ümumi sağlamlığı birbaşa asılıdır. Bu səbəbdən böyrəklərin sağlamlığını daim qorumaq lazımdır. Bəzi sadə məsləhətlər sizə bu işdə kömək edəcək.

1. Bol-bol meyvə-tərəvəz yeyin!

Saglamolun.az bildirir ki, Amerika Nefroloqlar Cəmiyyəti araşdırmalar nəticəsində belə qərar gəldi ki, bol-bol meyvə və tərəvəzlərin qəbulu böyrək xəstəliklərinin riskini azaldır.

Böykərlər üçün ən faydalı meyvə-tərəvəz bunlardır: xiyar, balqabaq, alma, kələm, qarpız, yemiş. Təzə göyərtilər də (xüsusilə cəfəri, kahı, şüyüd) böyrəklər üçün çox faydalıdır.

2. Hərəkətli olun!

Hərəkətsizlik orqanizmdə durğunluq proseslərə səbəb olur. Bu durğunluq isə iltihabların riskini artırır. Bu səbəbdən daha çox hərəkət etməyə çalışın. Böyrəklər xüsusilə rəqs sevir.

3. Kifayət qədər maye qəbul edin!

Mayenin kifayət qədər qəbulu böyrəklərin işini asanlaşdırır və sağlamlığını qoruyur. Böyrək üçün ən faydalı içkilər: yaşıl çay, təbii kompotlar, ot çayları, süd, adi təmiz su.

Mineral sulardan süi-istifadə etməyin. Bu suların həddən artıq qəbulu böyrəklərdə və sidik yollarında daşların əmələ gəlməsinə səbəb ola bilər.

Spirtli içkilərin qəbulu böyrəklərin sağlamlığına ciddi ziyan vurur və hətta böyrək çatışmazlığına səbəb ola bilər.

4. Diz-dirsək duruşu

Nefroloqlar böyrəklərin sağlamlığını qorumaq üçün gündə 1-2 dəfə 5 dəqiqə ərzində diz-dirsək pozada olmaq tövsiyə edirlər. Bu duruş böyrəklərdə qan dövranını yaxşılaşdırır, böyrəklərə düşən gərginliyi azaldır.

5. Bel nahiyəsini soyuqdan qoruyun, havaya uyğun geyinin!

6. Kəskin arıqlama ziyanlıdır!

Kəskin arıqlama, balanslaşdırılmamış pəhrizlər böyrəklərin sağlamlığına ziyan vurur. Xarici tərəfdən hər böyrək xüsusi piyli kapsula ilə əhatə olunmuşdur ki, bu piy qatı böyrəkləri zərbələrdən, soyuqdan qoruyur, onun təbii vəziyyətinin saxlanmasına kömək edir. İnsan kəskin və həddən artıq arıqladıqda bu piy də əriyin, nəticədə böyrək sallanır və müdafiəsiz qalır.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ümummilli lider Heydər Əliyevin doğum günüdür
Azərbaycanda hərbi xidmətə çağırış yaşı ARTIRILIR? - AÇIQLAMA
Diabet xəstələri üçün olan qidalar niyə bahadır? - VİDEO

Nəhəng günəş ləkəsi Yerdən adi gözlə görünməyə başladı

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Şagird müəllimənin başına zibil torbası keçirdi
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Spirtli içki qəbul edib evini yandıran şəxs öldü - FOTO/YENİLƏNDİ