Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
80475
az

Rəvan Qarayev ilk evliliyindən olan qızını üzə çıxardı - VİDEO

20:0011 Yanvar, 2023
222
CƏMİYYƏT
  • A

İki dəfə ailə həyatı uğursuz alınan müğənni Rəvan Qarayev böyük qızı Ayanı üzə çıxarıb.

OXU24.COM  bizim media-ya istinadən xəbər verir ki, övladı ilə "Günaydın Azərbaycan!" səhər verilişinə çıxan sənətçi bildirib ki, qızının ana tərəfdən nənəsi ilə qaldığını açıqlayıb.

"Həm mənimlə, həm də anasının nənəsi ilə qalır. Ayan ingilis və rus dillərində mükəmməl danışır", - deyə Rəvan vurğulayıb.

Verilişin aparıcısı Xoşqədəm Hidayətqızı "Atan və baban müğənnidir. Bəs sən musiqi ilə məşğul olursan?" sualına Ayanın cavabı belə olub:

"Musiqiyə həvəsim yoxdur və maraqlı deyil. Hazırda doqquzuncu sinifdə oxuyuram. Amma böyüyəndə hansı peşəni seçməyimə qərar verməmişəm. Gələn ilə qədər qərar verərəm".

Xoşqədəmin "İstəyirəm ki, həkim olasan" sözlərinə Ayan "Həkim olmaq çox çətindir. Həkim olmaq üçün isə çox oxumaq lazımdır" deyə cavabını verib.

Qeyd edək ki, R.Qarayevin ilk evlilikdən 15 yaşında Ayan adlı qızı var. Eyni zamanda müğənninin Günya Rəhimova adlı xanımla evliliyi isə beş il sürüb və bu nikahdan onların 10 yaşlı Xalidə adlı qız övladları var.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Blinken Kiyev barında gitara çalıb, mahnı oxudu - VİDEO
Yadplanetlilər bizi eşitməyəcək - SƏBƏB
Ət yenə bahalaşacaq? - AÇIQLAMA / VİDEO

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
23 yaşlı tələbə vəfat etdi