Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
80461
az

Qarda yıxılaraq travma alan 54 nəfər KTM-ə gətirilib

11:5511 Yanvar, 2023
108
CƏMİYYƏT
  • A

Son 3 gündə qarlı hava şəraiti ilə əlaqədar yıxılaraq travma alan 54 nəfər Kliniki Tibbi Mərkəzə (KTM) gətirilib.

Oxu24.com  xəbər verir ki, bu barədə KTM məlumat yayıb.

Qeyd olunub ki, xəsarət alanlardan 3 nəfərin vəziyyəti ağır olduğu üçün xəstəxanaya yerləşdirilib, digər şəxslərə isə ilkin tibbi yardım göstərilərək evə buraxılıb.

Bu dövr ərazində avtomobil qəzaları nəticəsində xəsarət alaraq Mərkəzə müraciət edənlərin sayında isə kəskin azalma müşahidə olunub. Avtomobil qəzası nəticəsində yaralanan 9 nəfər Mərkəzin Təcili yardım şöbəsinə gətirilib. Bu da əvvəlki günlərlə müqayisədə dəfələrlə aşağı göstəricidir. Həkimlər bunu qarlı hava şəraitində şəxsi avtomobillərdən az istifadə edilməsi ilə əlaqələndirir.

Hər iki halda Mərkəzə müraciət edən şəxslərin qəbulu və müayinəsi ilə bağlı hər hansı bir problem yaşanmayıb.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İlham Əliyev İran səfirliyində olub
“Daimi aclıq hissi zülal çatışmazlığı səbəbindən ola bilər”
Faciəli şəkildə ölən şəxs tələbə imiş