Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
80419
az

TƏBİB-in İcraçı direktoruna yeni müşavir təyin olunub

16:4910 Yanvar, 2023
164
CƏMİYYƏT
  • A

Pərvin Əkbərov TƏBİB-in İcraçı direktorunun müşavir təyin olunub.

Qurumdan Oxu24/com-a bildirilib ki, bu barədə TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov əmr imzalayıb.

O, bu təyinatınadək Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun direktoru vəzifəsində çalışıb.

Qeyd edək ki, Pərvin Əkbərov Tehran Sosial Rifah və Reabilitasiya Elmləri Universitetində reabilitasiya və fizioterapiya üzrə uzmanlıq, İspaniya Milli Tibb Elmləri Universitetinin osteopatik klinik reabilitasiya üzrə fəlsəfə doktoru dərəcəsinə malikdir. Hazırda Qazi Universitetində reabilitasiya və fizioterapiya üzrə doktorantura təhsili alır.

İxtisasca reabilitoloq, fizioterapevt, idman zədələri üzrə mütəxəssis, osteopat olan P.Əkbərov Tusi Memorial Klinikasında şöbə müdiri, Koreya Şərq təbabəti klinikasında Fizioterapiya və reabilitasiya şöbəsinin müdiri, Respublika Dioqnostika Mərkəzində Fizioterapiya və reabilitasiya şöbəsinin müdiri vəzifələrində çalışıb.

O, 2015-2017-ci illərdə Gəncə Reabilitasiya Mərkəzində tibbi direktor, 2011-2022-ci illər ərzində Azərbaycan Respublikası Milli Karate Federasiyasının həkimi, eləcə də Gəncə Beynəlxalq Xəstəxanasında şöbə müdiri kimi fəaliyyət göstərib.

P.Əkbərov Türkiyə, Rusiya, Amerika, İsveçrə, Kanada, Almaniya, İtaliya, İspaniya, Niderland, İran, Çexiya, Cənubi Afrika və Hindistan kimi ölkələrdə müxtəlif beynəlxalq sertifikasiyalı konfrans və təlimlərdə uğurla iştirak edib.

“A.I.M.S” idman həkimləri üzrə İtaliya Assosiasiyasının üzvü olan P.Əkbərov bir çox elmi məqalələrin də müəllifidir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Broyler toyuqlarının bu hissələrini yeməyin
Xolesterol səviyyəsini idarə etməyə kömək edəcək unikal içki
Quba və Xaçmaza dolu yağır - VİDEO

Qurbağa zəhəri gələcəyin antidepresantı ola bilər

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Bakıda kişi gecə saatlarında özünü asdı