Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
80386
az

Sayğacı don vurarsa, abunəçi yenisini özü alacaq - VİDEO

20:3409 Yanvar, 2023
118
CƏMİYYƏT
  • A

Hidrometeoroloji proqnozlara əsasən yanvarın 8-dən başlayaraq qarşıdakı bir neçə gün ərzində ölkə ərazisində qeyri-sabit və şaxtalı hava şəraiti hökm sürür. Bu günlərdə içməli su xətlərinin və sayğacların donvurmadan mühafizəsinə ciddi diqqət yetirilməlidir.

Bu barədə  məlumat verilib.

ASC istehlakçıların diqqətinə çatdırır ki, fərdi yaşayış evlərində və həyətyanı sahələrdə, eləcə də kommersiya obyektlərində quraşdırılmış sayğacların şaxtalı günlərdə donvurma nəticəsində sıradan çıxmasının qarşısını almaq üçün zəruri qabaqlayıcı tədbirlər görülməlidir. Şaxtanın daha çox olduğu gecə saatlarında sayğacın içərisində suyun qalmaması üçün sayğacın giriş ventili bağlanmalı, çıxış ventili açıq saxlanmalı, sayğac qutularının qapağı bağlı saxlanmalı, sayğac qutunun içərisində taxta yonqarı vasitəsilə mühafizə olunmalıdır. Eyni zamanda, fərdi həyət evlərində üstüaçıq boruların izolyasiya edilməsi vacibdir.

Nazirlər Kabinetinin təsdiqlədiyi "Sudan istifadə" Qaydalarının 6.4-cü bəndinə əsasən mənzillərdə, fərdi yaşayış evlərində və həyətyanı sahələrdə quraşdırılmış suölçən cihazların (sayğacların) işlək vəziyyətdə saxlanılmasına istehlakçı cavabdehlik daşıyır. Abonentlərin diqqətinə çatdırılır ki, fərdi yaşayış evlərində və həyətyanı sahələrdə, eləcə də qeyri-əhali istehlakçıları üçün quraşdırılmış sayğaclar istənilən kənar müdaxilə nəticəsində zədələnərək sıradan çıxarsa (sayğacların sındırılması, şaxtalı günlərdə donvurma nəticəsində sıradan çıxması və sair) onların yeniləri ilə əvəzlənməsi abunəçilərin hesabına həyata keçirilir.

Abonentlər şaxtalı hava şəraitində içməli su təchizatı və sayğacların istismarında qarşılaşdıqları problemlərlə bağlı ASC-nin 24 saat fəaliyyət göstərən "955" Qaynar xəttinə müraciət edə bilərlər.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

“Trendyol” Azərbaycan üçün qiymətləri KƏSKİN ARTIRDI
Zelenski onu vəzifəsindən azad etdi
Azərbaycanda vulkan püskürdü

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
İrandan gətirilən 61 kq narkotiki satmaq istədilər