Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
80312
az

Su içməyin qaydaları haqqında

19:2607 Yanvar, 2023
137
  • A

İmam Sadiq (ə)-dan nəql olunmuş hədisdə deyilir: "Yaxşı olar ki, insan su içdiyi zaman imam Hüseyn (ə)-ın Əhli-beytini və səhabələrini yad edib, onun düşmənlərinə və dostlarının qatilərinə lənət oxusun."

"Səlamullahi ələl-Huseyn və Əhli-beytihi və əshabihi və lənətullahi əla qətələtil-Huseyni və ədaihi." Buna əməl edən şəxsin günahları bağışlanar və qiyamət günü məhşərə xatircəmliklə daxil olar. Onların əməl dəftərində minlərlə əməl, savab yazılar.

İmam Sadiq (ə)-dan nəql olunmuş hədisdə deyilir: "Allah-təala su içməzdən əvvəl onun adını çəkən və qurtardıqdan sonra ona şükr və səna edən şəxsi cənnət ilə mükafatlandırar.

Başqa bir hədisdə deyilir: Həzrəti Peyğəmbər (s) su içərkən bu duanı oxuyardı: "Əlhəmdulillahilləzi səqani əzbəən zulalən və ləm yusqina milhən əcacən və ləm yuaxizna bizunuibnia".

İmam Sadiq (ə)-dan nəql olunmuş hədisdə deyilir: Gecə su içmək istərkən oturaq vəziyətdə üç dəfəyə için və yaxşı olar ki içməzdən əvvəl bu sözləri deyəsiniz. "Ələykəssəlamin mimma zəmzəmin və maəl furat"

"Suyu yalnız ehtiyac olduğu zamanı için. Susuz olduğunuz zaman suyu bir dəfəyə içib mədənizə ağırlıq salmayın."

İmam Rza (ə)-dan nəql olunmuş hədisdə deyilir: "Yemək yedikdən sonra bir az su için, bu mədənin həzminə köməklik edir."

İmam Sadiq (ə) öz səhabələrinə "Ayaq üstə su içməyi və idrar etməyi, həmçinin qəbirlərin başına fırlanmağı qadağan edərdi."

Günlərin bir günü Peyğəmbər (s) çay kənarından ötüb keçərkən bir dəstə camaatın suyu ağızları ilə içdiyini görür. Həzrət onlara müraciət edərək buyurur: "Suyu əlinizlə için, bu sizin üçün daha xeyirlidir."

İmam Məhəmməd Baqir (ə) buyurur: Su içməzdən əvvəl"Bismillah" deyin (Allahın adını çəkin) və kuzənin dəstəyindən və sınıq yerindən içməyin.

Peyğəmbər (s) bu haqda səhabələrə etdiyi tövsiyələrin birində buyurur: Suyu az-az için, su içərkən ağzınıza doldurub bir dəfəyə udmayın. Yoxsa ciyərləriniz ağırlaşar və daxili xəstəliklərin yaranmasına səbəb olar. Sizə bu haqda edəcəyim sonuncu tövsiyəm bundan ibarətdir ki, suyu oturaq vəziyyətdə səssiz içəsiniz.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bakı metrosunda sərnişin öldü
Şəhid atası möcüzə kimi hadisə danışdı - oğlunu yuxuda... - VİDEO
Üzünüzə küncüt çəkin və effektini görün

Morju narahat edən turist cərimələndi

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Tramvay yandı - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Bakıda qadın ailədaxili mübahisələrdən bezib özünü öldürdü