Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
80092
az

Azərbaycan Avropaya qaz tədarükünü artırır: Eyni anda 5 ölkə hərəkətə keçdi

13:5204 Yanvar, 2023
132
CƏMİYYƏT
  • A

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən qətiyyətli enerji strategiyası sayəsində Azərbaycan bu gün Avropanın enerji resurslarının etibarlı təchizatçısına çevrilib. Aİ ölkələri ildən-ilə ölkəmizlə enerji tərəfdaşlığını inamla möhkəmləndirir və genişləndirir, eyni zamanda bu istiqamətdə bütün təşəbbüsləri dəstəkləyir.

OXU24.COM  Trend-ə istinadən bildirir ki, Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən bütün layihələr kimi, Aİ-yə qaz nəqlinin genişləndirilməsi layihəsi də reallığa çevrilir. Xüsusilə, son bir il ərzində kəskin enerji böhranı və qaz təchizatı mənbələrinin və marşrutlarının real şaxələndirilməsi zərurəti fonunda Aİ ölkələri dəfələrlə Azərbaycandan qaz tədarükünün artırılmasında və ya ona çıxış əldə etməkdə maraqlı olduqlarını bildiriblər. Ötən il ən yüksək səviyyədə çoxsaylı qarşılıqlı səfərlərlə yadda qaldı və bu səfər zamanı əsas diqqət Cənub Qaz Dəhlizinin imkanlarının genişləndirilməsinə yönəldildi. 
Və artıq Avropa İttifaqının 5 ölkəsi Azərbaycanın "mavi" yanacağının tədarükünü artırmaq üçün konkret layihə hazırlayıb və fevralın 3-də layihəni Bakıda təqdim etməyə hazırlaşır. Bunu Bolqarıstan Prezidenti Rumen Radev Sofiyada Türkiyənin energetika naziri Fatih Dönməzi qəbul edərkən deyib.

"Bu, minimal vəsaitlə və tez bir zamanda Azərbaycandan Avropaya əlavə həcmdə təbii qazın nəqlinə imkan verəcək layihədir. Bolqarıstanın təşəbbüsü ilə Rumıniya, Macarıstan, Slovakiya və Avstriya bu layihəyə qoşulub", - R.Radev bildirib.

Əslində, bu layihə 2022-ci ilin iyulunda Avropa Komissiyası ilə Azərbaycan arasında enerji əməkdaşlığının genişləndirilməsinə dair imzalanmış anlaşma memorandumunun praktiki icrasıdır.

Azərbaycan hər zaman qaz tədarükünü artırmağa və Avropaya böhrandan çıxmağa kömək etməyə hazır olduğunu bildirib. Azərbaycan Prezidenti İlham Əliyev 2022-ci il oktyabrın 6-da Praqada Azərbaycan telekanallarına müsahibəsində deyib ki, növbəti illərdə Avropaya qaz ixracının ən azı iki dəfə artırılması planlaşdırılır.

Beləliklə, bu gün Aİ ilə Azərbaycan arasında enerji sektorunda əməkdaşlıq çərçivəsinin möhkəmləndirilməsi və genişləndirilməsi istiqamətində daha bir addım atılır. Prezident İlham Əliyevin rəhbərliyi ilə üzərinə götürdüyü bütün öhdəlikləri vaxtında və operativ şəkildə yerinə yetirən Azərbaycan əslində təkcə Avropa üçün deyil, bütün dünya üçün etibarlı təchizatçıya çevrilir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Yadplanetlilər bizi eşitməyəcək - SƏBƏB
Ət yenə bahalaşacaq? - AÇIQLAMA / VİDEO
Soğanda gizli təhlükə: yeyərkən edilən bu səhv zəhərlənməyə səbəb olur

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Qardaşı