Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
80074
az

ŞƏHİD QORÇUYEV ANAR NADİR OĞLUNUN DOĞUM GÜNÜDÜR

09:5904 Yanvar, 2023
117
CƏMİYYƏT
  • A

Bu gün Şəhid baş-leytenantın doğum günüdür.

Azərbaycan Silahlı Qüvvələrinin leytenantı, Vətən müharibəsinin şəhidi Anar Nadir oğlu Qorciyev 1987-ci il yanvarın 4-də Qubadlı rayonunun Çardaqlı kəndində anadan olub. 1993-cü ildə Qubadlı rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilməsindən sonra Qorçuyevlər ailəsi Sumqayıt şəhərində yaşamağa başladılar. 2005-2009-cu illərdə Azərbaycan Universitetində (AU) ali təhsil alıb.

Anar Qorciyev 2009-2010-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub.

Azərbaycan Ordusunun leytenantı olan Anar Qorciyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Anar Qorciyev oktyabrın 7-də Füzuli döyüşləri zamanı şəhid olub. Sumqayıt şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.
Ailəli idi. Üç yaşlı bir qızı və ölümündən sonra dünyaya gələn bir övladı yadigar qaldı.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Anar Qorciyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib

Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Anar Qorciyev ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilib.

Şəhid leytenant “Füzulinin azad olunmasına görə” medalı ilə də təltif olunub.

 

Hazırladı: Miri Məcidli

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Külək güclənəcək, sulu qar yağacaq - XƏBƏRDARLIQ
Bu ərazilərdə qaz olmayacaq - XƏBƏRDARLIQ
İnfarkt riskinizi özünüz ölçün

Ən zərərli tərəvəzin adı açıqlandı

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
“Anamı qan içində görəndən sonra atamı öldürməyə qərar verdim”