Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
79909
az

Ağıl – ailə xoşbəxtliyinin mühüm amilidir

12:2402 Yanvar, 2023
153
CƏMİYYƏT
  • A

Ağıl və zirəklik bir ailənin xoşbəxt olması üçün lazım olan amillərdəndir. Ailəni idarə etmək və çətinliklərini həll etmək ümumilikdə sadə iş deyildir. Əgər həyat yoldaşları bir-biri ilə anlaşa bilirsə və hər birinin tutduğu mövqeyi dərk edə bilirsə, həyatlarını düzgün bünövrə üzərində qurar və inkişaf etdirə bilərlər. Bu cür ailədə səfa, sevgi və ülfət olar. (Tebyan)

Aqil həyat yoldaşı ailənin imkanlarını, şəraitini yaxşı dərk edər. Həyat yoldaşını təzyiq altına salmaz. Ailədə baş verən münaqişələrin bir çoxu qadının və ya kişinin cəhalətindən və ya nadanlığından qaynaqlanır. Həyat yoldaşları hər nə qədər aqil olsalar, övlad tərbiyəsində bir o qədər müvəffəq olar. Ona görə də ağıl - xoşbəxt ailənin lazımlı amillərindən biri hesab olunur.

İmam Əli (ə) buyurur: "Axmaq və səfeh insanla ailə qurmayın. Çünki onunla yaşamaq bəladır, övladları da zay olar".
İmam Sadiq (ə) buyurur: "Ağıl - möminə yol göstərəndir".

Ailənin xoşbəxt olması üçün lazımlı amillərdən biri də əxlaqın gözəl olmasıdır. Əgər xoş əxlaqlı olsalar, həyatları şirin və səfalı olar. Qarşılıqlı anlaşma yolu ilə çətinliklərini həll edərlər. Əgər onlardan birinin əxlaqı pis olarsa, həyat hər ikisi üçün çətin və ağır olar. Heç bir şey onu şirin edə bilməz.

Ona görə də gözəl əxlaq - xoşbəxt olmağın amillərindən biridir. Bura: düz danışmaq, əmanətdarlıq, xeyirxahlıq, xoş dilli olmaq, xoş əxlaq, şücaət, fədakarlıq daxildir.
Əgər əxlaq pis olarsa, özü ilə bir çox bəlaları gətirər: tünd xasiyyət, qəzəb, yalan, kin, həsəd, bədbinlik, ədəbsizlik, üzlülük, qorxaqlıq, simiclik, bədxərclik kimi.
Həzrət Peyğəmbər (s) buyurur: "Əgər kimsə sizə elçi gəlsə, əxlaqını və dinini bəyənirsinizsə onunla evlənin. Əgər bu əmrə əməl etməsəniz, yer üzündə böyük fitnə və fəsad yaranar".

Həzrət Rəsuli-Əkrəm (s) başqa yerdə buyurur: "Qızını təqvalı insana ərə ver. Çünki əgər qızını sevsə, ona hörmət edər. Əgər ona qarşı nifrəti olsa, ona zülm etməz".
İmam Rza (ə) buyurur ki, pis əxlaqlı insana qız verməyin.
Əgər ərlə arvad arasında əxlaq anlaşması olmazsa, heç bir çətinliyi həll edə bilməzlər. Pis əxlaqlı həyat yoldaşı ilə yaşamaq əzab və əziyyətdir.
Ailənin xoşbəxt olmasına səbəb olan amillərdən biri də iffətdir. İlahi peyğəmbərlərin (ə) hamısı iffətli insanlar olmuşdular. Qurani-Kərim buyurur: "Zinakar kişi (təbii ki,) zinakar və ya müşrik qadından başqası ilə evlənməz (və o, əsla iffətli qadının arxasınca getməz) və zinakar qadını (təbii ki,) zinakar və ya müşrik kişidən başqası almaz. Bu (cür ailə qurmaq iffətlərinə görə) möminlərə qadağan edilmişdir". ("Nur" 3).

Həzrət Peyğəmbər (s) buyurur: "Allah Təala buyurur: "O zaman ki, bir müsəlman üçün dünya və axirət xeyirini cəm etməyi iradə edirəm - ona itaətkar ürək, zikr edən dil, bəlaya səbir edən bədən əta edərəm. Ona elə bir həyat yoldaşı verərəm ki, ona baxan zaman sevinər. Həmin qadın əri olmayan zaman özünü qoruyar və ərinin malını qoruyar".

İmam Sadiq (ə) buyurur: "Xoş olsun o kəsin halına ki, anası iffətli və pak ətəklidir".

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Broyler toyuqlarının bu hissələrini yeməyin
Xolesterol səviyyəsini idarə etməyə kömək edəcək unikal içki
Quba və Xaçmaza dolu yağır - VİDEO

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Ağcabədidə 40 yaşlı kişi qətlə yetirildi