Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
79739
az

Ziya Məmmədovun “kəndin başındakı” restoranı... - VİDEO - FOTO

18:1329 Dekabr, 2022
109
CƏMİYYƏT
  • A
Bir neçə gün öncə xaricdə yaşayan jurnalist Cavanşir Həsənli özünün sosial şəbəkə hesabında sabiq nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədova məxsus olduğu iddia edilən restoranın görüntülərini paylaşmışdı.
 
OXU24.COM  qafqazinfo-ya istinadən xəbər verir ki, Londonda yerləşən həmin lüks restroranın Anar Məmmədova 4 milyon funt sterlinqə başa gəldiyi qeyd edilmişdi.
 
Xəbər yayılandan qısa müddət sonra Ziya Məmmədov mətbuata açıqlama verərək məlumatı yalanlamış və "cəmi bir restoranım var, o da kəndimizin başındadır, gəlib orada yeyib-içə bilərsiniz" deyə, yazılanlara sanki rişxənd tonunda cavab vermişdi.
 
"Qafqazinfo" maraq üçün vəzifədən uzun müddətdir çıxarılmasına baxmayaraq, hələ də böyük yeyintilərdə ittiham olunan sabiq nazirin açıqlamasının izinə düşərək həmin restoran haqqında maraqlanıb. Məlum olub ki, Ziya Məmmədov hazırda yaşadığı Ucarın Qazıqumlaq kəndində onun ailəsinə məxsus şadlıq evindən başqa, "Fermer" adlı hotel-restoran komleksi də var.
 
Və Ziya Məmmədovun təsvir etdiyi kimi "Kəndin başında" yerləşən bu obyekt təsəvvür olunacaq səviyyədə ucqar kəndlərdə yerləşən yeməkxana anlamına gəlmir, əslində böyük bir gölün ətrafında, 3 hektar ərazini əhatə edir. Burada eyni zamanda, ümumi sahəsi 1200 kvadratmetr olan yarmarka da var. 
 
Ancaq heç də hansısa Avropa ölkəsində yerləşən restorandan geri qalmayan "kəndin başındakı" bu restoranın görüntülərini təqdim edirik:
Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bu çiçəklər gizli duyğulardan xəbər verir - Şəxsiyyət TESTİ
Azərbaycan və Bolqarıstan arasında ikitərəfli əlaqələr müzakirə edilib
Naməlum şəxs bıçaqla yoldan keçənlərə hücum edib

Universitetə ​​daxil olduqdan 70 il  sonra məzun oldu

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Bakıda tutulan Xəyalla bağlı şok fakt: Qadınlara qarşı...(VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Penitensiar Xidmət və DİN birgə əməliyyat keçirdi