Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
79600
az

Əhaliyə ŞAD XƏBƏR - Agentlik AÇIQLADI: az qalıb...

23:3727 Dekabr, 2022
355
CƏMİYYƏT
  • A

Bakı Nəqliyyat Agentliyinin (BNA) Sərnişindaşıma fəaliyyətinin tənzimlənməsi şöbəsinin müdiri Vüqar Məmmədzadə Agentliyin fəaliyyəti ilə bağlı Musavat.com-u maraqlandıran bir neçə sualı cavablandırıb.

Müsahibəni təqdim edirik:

- Vüqar bəy, Bakı Nəqliyyat Agentliyi bu il hansı işləri görüb?

- Bakı Nəqliyyat Agentliyi tərəfindən 2022-ci il ərzindəki fəaliyyəti dövründə şəhər mobilliyi prinsipləri əsas tutulmaqla, şəhərin ictimai nəqliyyatı, yol infrastrukturu və yol hərəkətinin təşkili ilə bağlı mühüm işlər görülüb. Belə ki, Bakıətrafı şəhər, qəsəbə və kəndlərdə ictimai nəqliyyata əlçatanlığın artırılması məqsədilə 2022-ci il ərzində 8 yeni müntəzəm marşrut xətti yaradılmaqla ümumilikdə 20 000-ə yaxın vətəndaşın ictimai nəqliyyata əlçatanlığı təmin edilib.

Avtobus zolaqlarının davamlılığını təmin etməklə sərnişindaşımada səmərəliliyin əldə edilməsi məqsədilə ilk dəfə pilot layihə olaraq ümumi dövr uzunluğu 47.6 km olan 7A nömrəli şəhərdaxili marşrutun başlanğıc nöqtəsindən son dayanacaq məntəqəsinədək xüsusi avtobus zolaqları təşkil edilib. Həmçinin xüsusi avtobus zolaqlarının təşkili təklif olunan ümumilikdə 31 küçə/prospektin yenilənmiş siyahısı hazırlanıb və razılaşdırılması üçün aidiyyəti qurumlara təqdim edilib. Avtobus parkının müasir tələblərə uyğun yenilənməsi davam etdirilib və 2022-ci ildə Agentlik tərəfindən 168 ədəd, daşıyıcılar tərəfindən isə 82 ədəd olmaqla ümumilikdə 250 yeni avtobus alınıb. Avtobusların mərkəzləşdirilmiş vahid dispetçer xidmətinə inteqrasiyası davam etdirilib, bununla da nağdsız ödənilən səyahətlərin sayı 61%-ə çatıb.

- BNA "1 manatlıq taksilər"lə necə mübarizə aparır?

- Manatlıq taksilər qeyri-qanuni sərnişindaşımaya aid edildiyi üçün bu fəaliyyətin bir çox təsirləri və fəsadları müşahidə edilir. Qeyri-qanuni sərnişindaşıma ilə məşğul nəqliyyat vasitələri avtobuslar üçün nəzərdə tutulan dayanacaqları zəbt edir ki, bu da müntəzəm marşrut avtobuslarının dayanacağa daxil olmalarına çətinlik yaradır, eyni zamanda nəqliyyat sıxlığının da yaranmasına səbəb olur. Nəticədə marşrutların nizamlı fəaliyyəti pozularaq vətəndaşların ictimai nəqliyyatdan istifadəsində çətinliklər yaradır. Bakı Nəqliyyat Agentliyi tərəfindən bu kimi hallarla bağlı zəruri tədbirlərin görülməsi üçün mütəmadi olaraq aidiyyəti qurumlara müraciətlər ünvanlanır.

- Avtobusların tam yenilənməsi nə vaxt başa çatacaq?

- Tələblərə cavab verən müasir avtobusların marşrutlar üzrə istismara buraxılması işləri davam etdirilir. Belə ki, son illər dövlətin bu sahəyə diqqəti nəticəsində investisiyalar yatırılıb və sərnişindaşımada istismar edilməsi üçün 1044 ədəd yeni ekoloji təmiz avtobus alınaraq paytaxta gətirilib. Yeni avtobusların şəhər mərkəzi ilə yanaşı, ətraf qəsəbələr üzrə də yol infrastrukturu imkan verən ərazilərdə fəaliyyəti təmin edilir. Bununla yanaşı, özəl sahibkarlar tərəfindən də 425-dən artıq yeni avtobus alınaraq marşrutlarda istismarı həyata keçirilib. Bu istiqamətdə görülən işlərin davamı olaraq mərhələli şəkildə marşrutlar üzrə fəaliyyət göstərən avtobusların yenilənməsi nəzərdə tutulub.

- Bəzi dayanacaqlarda terminal yoxdur. Buna səbəb nədir?

-  Bakı Nəqliyyat Agentliyi tərəfindən mərhələli şəkildə müntəzəm marşrutlara aid avtobuslar nağdsız ödəniş sisteminə inteqrasiya edilir. Avtobuslarda ödənişin kart sisteminə keçirilməsilə yanaşı, kart balansının artırılması imkanları da genişləndirilir. Bundan başqa, hazırda kart balansının elektron qaydada artırılması imkanları da yaradılıb (əlavə məlumat əldə etmək üçün //www.bakikart.az saytında "balansın onlayn artırılması" bölməsinə daxil ola bilərsiniz). Eyni zamanda MilliÖn terminallarında da kart balansının artırılması təmin edilib. Gələcəkdə bank kartları və digər kart balansının artırılması imkanlarının yaradılması nəzərdə tutulub.

- BNA qış mövsümünə necə hazırlıq görüb?

- Payız-qış mövsümünə hazırlıq işləri ilə əlaqədar sərnişindaşıma xidməti göstərən hüquqi və fiziki şəxslərə marşrutlar üzrə hərəkət edən avtobuslarda və avtoparklarda zəruri tədbirlərin (avtobusların texniki vəziyyətinin mövsümə uyğunluğu barədə) görülməsi ilə bağlı müvafiq tapşırıqlar verilir. Xüsusən avtobuslarda istilik sistemlərinin saz vəziyyətdə saxlanılması diqqət mərkəzindədir. Bakı şəhərinin mürəkkəb relyefli yaşayış ərazilərində fəaliyyət göstərən marşrutların havanın qarlı-buzlu vəziyyətində hərəkəti mümkün olmadığı halda qısaldılmış xətt üzrə təşkili həyata keçiriləcək. Eyni zamanda hərəkət sürəti yüksək olan yollarda, körpülərdə və dəmiryol kəsişmələrində fəaliyyət göstərən marşrutların hərəkət sürətinin azaldılması və xüsusi diqqətli olmaları ilə bağlı daşıyıcılara tapşırıqlar verilib. Havanın qarlı-şaxtalı hallarında Agentlik əməkdaşlarının marşrutların fəaliyyətinə nəzarətinin həyata keçirilməsi üçün ərazidə monitorinqlərin aparılması nəzərdə tutulub.

- 2023-cü ildə sərnişinləri hansı yeniliklər gözləyir?

- Növbəti ildə müəyyən marşrut xətlərinin, xüsusən də şəhərətrafı qəsəbələr istiqamətində fəaliyyət göstərən marşrutların müsabiqəyə çıxarılması və müsabiqə nəticəsində həmin xətlər üzrə yeni avtobusların istismara buraxılması nəzərdə tutulub. Eyni zamanda xüsusi avtobus zolaqlarının əhatə dairəsinin genişləndirilərək effektiv nəticələr əldə edilməsi üçün marşrut şəbəkəsində zəncirvari quruluşda tətbiqi nəzərdə tutulub.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

XƏBƏRDARLIQ: Sabahın havası narahatlıq yaradacaq
Baş ağrılarını bu çayla dərhal aradan qaldırın
Azərbaycanda qadınların pensiya yaşı ilə bağlı ŞAD XƏBƏR

Günəşdə ən yüksək dərəcəli daha bir partlayış baş verdi

18+

Məktəbli qızın telefonuna əxlaqsız video göndərən kişi axtarılır
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
Şəmkirdə müğənni qəzaya düşdü, oğlu öldü