Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
79444
az

Vasif Talıbovun Naxçıvanda qoyduğu qadağalar ləğv edildi — VİDEO

23:2625 Dekabr, 2022
107
CƏMİYYƏT
  • A

Vasif Talıbovun istefasından sonra Naxçıvan Muxtar Respublikasında bütün sahələrdə canlanma müşahidə olunur. 

Lent.az xəbər verir ki, Naxçıvan sakinləri sosial şəbəkələrdə paylaşımlar edərək V.Talıbov vəzifədə olduğu zaman tətbiq etdiyi qadağaların aradan qalxdığını, biznes və sahibkarlıq fəaliyyəti ilə məşğul olan insanların rahat nəfəs aldığını qeyd edirlər. 

Sakinlərdən biri qeyd edir ki, V.Talıbovun zamanında Muxtar Respublikaya ucuz qiymətə olan elektrik lampalarının gətirilməsi və satışı qadağan idi. O vəzifədən getdikdən dərhal sonra həmin lampaların satışına start verilib. Hazırda Naxçıvanın bütün ticarət yerlərində onlardan tapmaq mümkündür.

Qeyd edək ki, dekabrın 21-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov istefa verib.

Dekabrın 22-də isə Prezident İlham Əliyevin imzaladığı müvafiq Sərəncamla Fuad Vahid oğlu Nəcəfli Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi təyin edilib.

 

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Azərbaycan və Bolqarıstan arasında ikitərəfli əlaqələr müzakirə edilib
Naməlum şəxs bıçaqla yoldan keçənlərə hücum edib

Universitetə ​​daxil olduqdan 70 il  sonra məzun oldu

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Bakıda tutulan Xəyalla bağlı şok fakt: Qadınlara qarşı...(VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Penitensiar Xidmət və DİN birgə əməliyyat keçirdi