Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
79420
az

2025: Dövlətlər məhv olur, "uçan şəhərlər" yaranır... - Qəribə iddialar

21:0625 Dekabr, 2022
141
CƏMİYYƏT
  • A

Zamanda səyahət etdiyini iddia edən Al Bielek adlı şəxsin təxmininə görə, 2025-ci ildə Üçüncü Dünya müharibəsi olacaq və gələcəkdə ölkələr olmayacaq.

Milli.Az publika.az-a istinadla xəbər verir ki, 1927-ci ildə dünyaya gələn Al Bielek zamanda səyahət edən şəxs kimi tanınıb.

Bielek 2011-ci ildə həyata gözlərini yumub. O, ölmədən öncə tarix və gələcəklə bağlı bir neçə dəhşətli açıqlamalar verib. Belə ki, o, 2025-ci ilə daha çox diqqət çəkib. Bielekin sözlərinə görə, zamanda səyahət etməsi xüsusi bir missiya üçün planlaşdırılıb.

Şəhərlər havadan asılıb

Zaman səyahətçisi Al Bielek ölmədən öncə verdiyi müsahibəsində İkinci Dünya müharibəsi zamanı ABŞ-ın "görünməz müharibə gəmisi" yaratmaq üçün həyata keçirilən "Filadelfiya sınağı" layihəsinin bir hissəsi olduğunu söyləyib.

Bielekin dediklərinə görə, 1940-cı ildə ABŞ Donanmasına məxsus olan bir gəmidən - "USS Eldridgedən" qardaşı ilə birgə okeana atılıb və ayıldıqları zaman artıq 2749-cu ildə olduqlarını görüblər.

Al Bielek gördüklərini bir-bir danışıb. Onun səsləndirdiyi iddialardan birincisi dünyanın yaxın gələcəyi ilə bağlıdır. 2025-ci ilinə qədər dünyadakı hökumətlərin çoxunun dağılacağı və üç milyon insanın dünya savaşında nüvə silahı səbəbilə öləcəyi fikirləri dəhşət saçır. O, Avropanın böyük hissəsinin sular altında qalacağını və İngiltərənin demək olar tamamilə yox olacağını iddia edib.

Hər şey pulsuzdur

Eyni zamanda o, deyib ki, gələcəkdə dünya ərazisində az sayda şəhər olacaq, milli hökumətlər və sərhədlər olmayacaq:

"Ordu və müharibə yoxdur. Gələcəkdə hər şey pulsuzdur. Gələcəkdə şəhərlərin strukturu da dəyişəcək. Bəzi şəhərlər yer üzərində, bəziləri də havadan asılı vəziyyətdə olacaq. Uçan şəhərlər dünyanın istənilən yerinə asanlıqla köçə biləcək. Həmçinin texnologiya çox irəliləmiş olacaq. Səlahiyyətlilər Üçüncü Dünya müharibəsindən qalan nüvə silahı qalıqlarını və digər zərərləri bir neçə günə təmizləyəcəklər".

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

40 yaşından sonra uşaq sahibi olacaq 3 bürc
Azərbaycan və Türkiyə ombudsmanları görüşdülər