Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
79259
az

Peyğəmbərin tac hədiyyə etdiyi azərbaycanlı

22:2822 Dekabr, 2022
150
CƏMİYYƏT
  • A

1426-cı ildə Seyid Yəhya Bakuvi doğma Şamaxı şəhərini tərk edir və Bakıya gəlir. Qəribədir ki, onunla eyni vaxtda Şirvanşah birinci Xəlilullah da Şirvanşahların paytaxtını Şamaxıdan Xəzərin sahilinə - Bakıya köçürür.

Rəvayət edilir ki, Şirvanşah hökmdarı ilə Seyid Yəhya arasında dərin, mənəvi bağ var idi.

Seyid Yəhya Bakuvi Orta əsrlər İslam dünyasında geniş yayılmış Xəlvətilik təriqətinin ən məşhur alimi idi. Lakin bu sirli təriqətin hekayəsi daha öncəyə gedir.

Rəvayətə görə, Xəlvətilik təriqətinin əsasını qoyan Pir Ömər Şamaxının Avaxıl kəndində anadan olub. Gənc yaşlarında döyüşlərə, hətta cihada qatılıb. Daha sonra isə yuxuda ikən ona gələn bir göstərişlə həyat tərzini dəyişib və xəlvətdə oturub, zikr etməyə başlayıb. Haqqındakı rəvayətlərdə onun bir qoz ağacının oyuğuna girib xəlvətə çəkildiyinə görə Xəlvəti olaraq çağırıldığı qeyd edilir.

Ərbəin çətin, məşəqqətli və çiləli ibadətdir. Xəlvətə girən şəxs 40 gün qaranlıq bir otaqda olur, davamlı zikr və ibadət mərhələsi keçirir. Xəlvətxanada çilə keçirən müridin zəruri ehtiyaclarını qarşılayacaq əşyalardan başqa heç nə olmamalıdır. Xəlvətdə qaldığı müddətdə mürid 2-4 saat yatır və uzun zikrlər edir. Ən maraqlı hadisələrdən biri də odur ki, Pir Ömərin axırıncı ərbəini bitirdikdən sonra Məhəmməd peyğəmbər tərəfindən ona üstündə 40 budağı olan tac hədiyyə etdiyi barədə rəvayətlər gəzir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Əmlakına çıxarış ala bilməyənlər üçün yeniliklər olacaq - VİDEO
40 yaşından sonra uşaq sahibi olacaq 3 bürc