Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
79243
az

Lukaşenko Prezident İlham Əliyevi təbrik edi

17:1522 Dekabr, 2022
88
CƏMİYYƏT
  • A

Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

OXU24.COM xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə ən səmimi təbriklərimi qəbul edin.
Sevindirici haldır ki, Sizin iyirmi il bundan əvvəl müdrikcəsinə söylədiyiniz "Mən Azərbaycanın xoşbəxt gələcəyinə inanıram" sözləriniz gerçəyə çevrildi. Mən bilirəm ki, Azərbaycan xalqı dövlətin iqtisadi və sosial inkişafına, onun xarici siyasi maraqlarının müdafiəsinə, vətəndaşların rifahının yüksəlməsinə yönəlmiş səylərinizi yüksək qiymətləndirir.

Qardaş Azərbaycan Sizin bacarıqlı və qətiyyətli rəhbərliyiniz sayəsində regionda və möhkəmlənməkdə olan türk dünyasında getdikcə daha mühüm rol oynayır. Belarusun da iştirakçısı olduğu Qoşulmama Hərəkatında uğurlu sədrlik Bakıya beynəlxalq nüfuz və dərin hörmət qazandırıb.

Bizim görüşlərimizi həmişə məmnunluqla xatırlayıram. Aramızda dostluq və etimad əsasında yaranmış şəxsi münasibətləri, konstruktiv ünsiyyəti və hər ikimizin sıx qarşılıqlı faydalı əməkdaşlığa can atmağımızı yüksək dəyərləndirirəm.

Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, xoşbəxtlik, çoxşaxəli və məsul fəaliyyətinizdə yeni uğurlar arzu edirəm".

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

“Trendyol” Azərbaycan üçün qiymətləri KƏSKİN ARTIRDI
Zelenski onu vəzifəsindən azad etdi
Azərbaycanda vulkan püskürdü

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
İrandan gətirilən 61 kq narkotiki satmaq istədilər