Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
7919
az

Zəncəfilin saysız-hesabsız faydaları

19:4513 Dekabr, 2018
1297
CƏMİYYƏT
  • A
 Zəncəfil kökü yüksək müalicəvi xüsusiyyətlərə malikdir.
Zəncəfil kökü ta qədimdən müalicəvi vasitə kimi istifadə olunur. Zəncəfilin xeyirli xüsusiyyətləri olduqca coxdur.
Zəncəfil antibakterial, antiseptik, iltihabəleyhinə xüsusiyyətlərinə malikdir. Qədimdən zəncəfil boğaz iltihabları, soyuqdəymə zamanı çox uğurla istifadə olunurdu.
Zəncəfil çox yaxşı bəlğəmgətirici vasitədir və bu səbəbdən öskürək, bronxit, bronxial astma zamanı istifadə olunur.
Zəncəfil damarların divarlarını orada yığılan xolesterindən təmizləyir və ateroskleroz xəstəliyi zamanı və bu xəstəliyin profilaktikası məqsədi ilə uğurla istifadə oluna bilər.
Zəncəfilin antihelmint (qurdlar əleyhinə) xüsusiyyətləri də var. Bu səbəbdən uşaqların qidalarına, südə, çaya, şirəyə və s. cüzi miqdarda üyüdülmüş zəncəfil əlavə etməklə siz uşağınızın orqanizmini qurdlardan təmizləyə bilərsiniz.
Zəncəfilin spazmolitik xüsusiyyətləri də var. Qadınlarda menstruasiyadan əvvəl və menstruasiya zamanı olan ağrılarla mübarizədə zəncəfil dəmləməsi xalq təbabətində uğurla istifadə olunur.
Ümumillikdə müxtəlif spazmlarla mübarizədə (başda, öd kisəsində, böyrəklərdə) zəncəfil çox yaxşı vasitə sayılır.
Zəncəfil həzm prosesləri stimullaşdırır və yaxşılaşdırır, qastritlə mübarizə edir.
Zəncəfil antioksidant xüsusiyyətlərinə malikdir, insanın orqanizmini toksinlər, sərbəst radikallar, şlaklardan təmizləyir, cavanlaşdırır, orqanizmin tonusunu qaldırır, immuniteti möhkəmləndirir.
Zəncəfil mübadilə prosesləri sürətləndirir və bunun nəticəsində arıqlamağa kömək edir.
Zəncəfil insanın sinir sisteminə də çox müsbət təsir edir, nevroz, stress, əqli və emosional yorğunluq zamanı istifadə oluna bilər. Zəncəfil yaddaşı və diqqəti yaxşılaşdırır.

Zəncəfildən dəmləmə hazırladıqda 1/2 çay qaşığı zəncəfil tozu və ya 1 çay qaşığı sürtgəcdən keçirilmiş təzə zəncəfil əlavə olunur.

Zəncəfil yağı çox təsirli və güclü vasitədir. Müxtəlif xəstəliklər zamanı gündə 2 dəfə olmaqla bu yağın 1 damcısını daxilə qəbul etmək olar (yağı bir tikə çörəyin, 1 çay qaşığı balın üzərinə damızdırıb qəbul etmək olar).
Boğaz iltihabları, bronxit, sinusitlər (haymorit, frontit) zamanı isti suya 2 damcı zəncəfil yağı əlavə edin və bu suyun buxarı ilə nəfəs alın (ağzınız açıq olmalıdır).
Stress vəziyyətdə olan, nevrozdan və s. nevroloji xəstəliklərdən əziyyət çəkən insanlara zəncəfil yağı ilə olan sakitləşdirici vannaların qəbulunu tövsiyə etmək olar. Bu çox təsirli vasitədir. İlıq suya 5 damcı zəncəfil efir yağı əlavə edin və 30 dəqiqə ərzində suda uzanın.  10-15 gün ərzində hər axşam belə vanna qəbul edin.
Kosmetologiyada zəncəfil yağı yağlı dəri üçün olan maskalarda və sellülitin müalicəsində  istifadə olunur.

Zəncəfil çayı

Zəncəfil çayı öskürək, soyuqdəymə, müxtəlif iltihablar, həzm sistemi fəaliyyətində pozulmaları, iştahasızlıq, qəbizlik, baş ağrısı zamanı çox yaxşı kömək edir, artıq çəkidən xilas edir, sakitləşdirir, orqanizmi tonuslaşdırır və s. Bu çay arterial təzyiqi normallaşdırır, aterosklerozun və trombların əmələ gəlmə riskini azaldır. Zəncəfil çayı hər bir insan üçün xeyirlidir.
Zəncəfil çayı hər gün gündə 1 fincan olmaqla içmək olar.
Zəncəfil çayın hazırlanması üsulu.
Sürtgəcdən keçirilmiş təzə zəncəfil kökünün 1-2 xörək qaşığın (zövqə görə) üzərinə 200 ml qaynar suda tökün və vam odda qapaq altında 10 dəqiqə ərzində qaynadın. Sonra 10-15 dəqiqə ərzində dəmləyin və 1-2 çay qaşığı bal əlavə edin. Çay isti içilir.
Zəncəfil çayına zövqə görə limon, bal əlavə etmək olar.


Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Sumqayıtda binada yanğın oldu: sakinlər təxliyə edildi
Ərdoğan Suriyaya gedəcək
İran valyutası ilə bağlı KRİTİK QƏRAR -Dörd sıfır silinəcək

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Almaniyada dəhşətli terror: 11 ölü, 80 yaralı var -YENİLƏNDİ