Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
78900
az

Bölgədə durum dəyişir - “Bu başlanğıcdır, ardınca Xankəndi və ətrafı...”

21:3815 Dekabr, 2022
83
CƏMİYYƏT
  • A

"Azərbayacana yenə başqa yol qoymadılar. Rusiya sülhməramlılarının özbaşınalığına, erməni separatçılarının artan təxribatlarına tutarlı bir cavab verilməliydi. İndi Azərbaycandan atılan addımlar da bununla əlaqəlidir".

OXU24.COM  teleqraf.com-a istinadən bildirir ki, bunu politoloq Ramiyə Məmmədova deyib.

Onun sözlərinə görə, Qarabağla bağlı Azərbaycan əleyhinə olan məsələlər tam həll edilməlidir, bunu "gələcək üçün basdırılmış mina" kimi saxlmaq lazım deyil:

Ramiyə Məmmədova hesab edir ki, Xankəndi-Şuşa yolunda baş verənlər bu prosesin başlanğıcıdır:

"Yenə də ermənilər və separatizmə qahmar çıxan Fransa, Avropa Birliyi, ABŞ və Rusiya üstümüzə gəlməyə başlayıb. Bu fonda məsələlərin həlli üçün yeni tezislərin irəli sürüldüyünü də görürük. Məsələn, Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın Azərbaycan-Ermənistan danışıqları ilə bağlı son fikri müzakirələrə səbəb olub. Klaar Türkiyənin danışıqlar prosesində mümkün iştirakından söz açıb. Onun sözlərinə görə, Türkiyənin məsələlərin həlli üçün bir çox təklifi var.

Türkiyə Qarabağ münaqişəsinin həlli prosesində Azərbaycanın tək olmadığını dünyaya sübut etdi. Türkiyənin Azərbaycanla münasibətlərinin hansı səviyyədə olduğu Şuşa Bəyannaməsi ilə təsdiqlənib. Eyni zamanda, Türkiyə 44 günlük müharibədə Azərbaycanın ən böyük dəstəkçisi idi. Bu baxımdan, Türkiyənin danışıqlarla bağlı təkliflər irəli sürməyə və prosesdə yer almağa tam haqqı çatır.

Türkiyə bu təklifləri indiyədək də verirdi. Amma prosesi öz inhisarında saxlayan Moskva və Minsk qrupu buna əngəl olurdu. Xüsusən də Rusiyanın qabarıq rolu Türkiyəyə maneə yaradırdı. Amma bu gün durum dəyişib, Türkiyə artıq bölgdədir və burada hesablaşılan gücdür.
 

Türkiyə təkcə Cənubi Qafqazda yox, daha qlobal proseslərdə həlledici rola malik bir aktora çevrilib. Prezident Ərdoğanın uğurlu xarici diplomatiyasının burada ağır çəkisi var".

Ramiyə Məmmədova qeyd edib ki, Türkiyənin Rusiya-Ukrayna böhranında oynadığı rol buna ən yaxşı nümunədir:

"Təbii ki, Türkiyənin bu üstün rolunu hamının xoşuna gəlmir. Türkiyənin rolunu azaltmağa və ya görməzdən gələn dövlətlər var. Klaarın təklifi isə bizim maraqlarımıza uyğundur. Amma Avropa Birliyi və ABŞ-ın bu baxımdan Türkiyəyə münasibəti elə də loyal deyil. Ona görə də Qərbdən Türkiyəyə bu məsələdə ciddi dəstək gəlmir. Halbuki bir NATO ölkəsinin - Türkiyənin Cənubi Qafqazdakı varlığı həm də ABŞ və Avropa Birliyinin buradakı dayağı deməkdir.

Ukraynaya gəldikdə, bu ölkədə apardığı müharibəyə görə Rusiya təklənmiş durumdadır. Bununla belə beynəlxalq arenada hələ də Moskvanın tərəfdaşları var. Məsələn, Türkiyə Rusiya ilə əməkdaşlığını davam etdirən ölkələrdən biridir. Ona görə də, Ankaranın Azərbaycan-Ermənistan danışıqlarına qatılmasına Rusiya birbaşa "yox" deyə bilmir. İndi Türkiyə hər nə qədər təklənmiş Rusiya üçün "nəfəslik" rolunu oynasa da, Kreml Türkiyə kimi bir gücün və ya rəqibin burada olmasını qəbul edə bilmir.

Ermənistana gəldikdə, İrəvan da Türkiyənin prosesdə tərəf olmasını istəmir. Doğrudur, Ermənistanın hazırkıiqtisadi durumu Türkiyə ilə yaxınlaşmanı zərurətə çevirir, amma yenə də xarici təsirlər İrəvana bu istiqamətdə addım atmasına mane olur.

Azərbaycan da indiyədək sülhməramlılar məsələsində balanslı mövqe tutaraq, problemləri özü həll etməyə çalışırdı. Amma indi görürük ki, sülhməramlılar bölgədə Rusiyanın istədiyi mənzərəni yaratmağa çalışırlar, bunu da aşkar şəkildə edirlər. Ötən iki il ərzində sülh müqaviləsinin imzalanmamasının əsas səbəbi də budur - Rusiyadır.

Sülhməramlıların separatizmə dəstək verdiyi bir zəmində hansı sülhdən danışa bilərik? Buna da tutarlıq cavab vermək lazım idi, Şuşa -Xankəndi yolunda baş verənlər hələ başlanğıcdır. Bunun ardınca, Xankəndi və ətrafı tam Azərbaycanın nəzarətinə keçəcək, suverenliyimiz bütün ərazilərimizdə bərpa olunacaq. Buna şübhə yoxdur".

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Azərbaycanda unun qiyməti yenə ucuzlaşdı – Çörəyin qiyməti dəyişməz qalıb
Broyler toyuqlarının bu hissələrini yeməyin
Xolesterol səviyyəsini idarə etməyə kömək edəcək unikal içki

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
İrandan gətirilən 61 kq narkotiki satmaq istədilər