Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
78711
az

Xaricdən mal gətirənlərə ŞAD XƏBƏR - 1 günə...

12:1413 Dekabr, 2022
117
CƏMİYYƏT
  • A

Azərbaycanda “Gömrük tarifi haqqında” qanuna uyğun olaraq malların buraxılışı ilə bağlı gömrük orqanına daxil olan müraciətə 1 gün müddətində baxılacaq.

Oxu24.com  xəbər verir ki, bu, Prezident İlham Əliyevin Milli Məclisə göndərdiyi Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb.

Sənədə əsasən, aşağıdakı tələblərin yerinə yetirildiyi müəyyənləşdirildikdən dərhal sonra gömrük orqanı malların buraxılışını həyata keçirir:

- gömrük orqanına təqdim edilən bəyannamə üzrə hesablanmış gömrük ödənişləri ödənilməli;

- gömrük orqanı tərəfindən təqdim olunmuş bildirişdəki düzəlişlərin edilməsi nəticəsində yarana biləcək əlavə gömrük borcuna görə təminat verilməli;

- bəyan olunmuş malların buraxılışının həyata keçirilməsi üçün müəyyən edilmiş digər tələblər yerinə yetirilməlidir.

Bundan başqa, qanun layihəsində deyilir ki, buraxılışı həyata keçirilməmiş malların gömrük dəyərinə müvafiq düzəlişlər edilməsinə dair bildiriş həmin mallarla bağlı gömrük bəyannaməsinin gömrük orqanına təqdim olunduğu andan ən geci 24 saat müddətində bəyannaməçiyə təqdim edilməlidir. “Gömrük tarifi haqqında” qanuna uyğun olaraq bəyannaməçinin müraciəti əsasında malların buraxılışının həyata keçirilməsi üçün tələb olunan təminatın məbləği həmin bəyannaməçi tərəfindən gömrük orqanına təqdim edilən bəyannamədə hesablanmış və ödənilmiş gömrük ödənişləri nəzərə alınmaqla, gömrük orqanı tərəfindən təqdim edilmiş bildirişdəki düzəlişlər nəticəsində yarana biləcək əlavə gömrük borcunun ən yüksək səviyyəsində müəyyənləşdirilir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Qəbələdə maşın yandı
Pensiya alanlara ŞAD XƏBƏR
Azərbaycanda bu imtahanlar elektron formatda keçiriləcək

ATV kanalı yutubda 1 milyondan çox abunəçi yığdı

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
İlanların çoxaldığı aydır - Diqqətli olun! +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Hansı yaşdan sonra prostat xərçəngindən yoxlanmaq lazımdır? - Kişilər mütləq oxusun
2 evdən 3400 manatlıq qızıl oğurlayan qadın saxlanıldı