Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
78682
az

Dəccal kimdir?

14:5513 Dekabr, 2022
131
CƏMİYYƏT
  • A

Zühurun əlamətlərindən biri də Dəccalın üzə çıxmasıdır. Bəs Dəccal kimdir?

Lüğətdə hər bir yalançıya dəccal deyirlər. Bu cür insanlara etimad etmək olmaz, onlar insanları yollarından azdıra bilirlər.

Əmirəl-möminin (ə) xütbə dəyəndən sonra buyurur ki, mənə sual verin.

Bir nəfər deyir: "Ya Əmirəl-möminin! Dəccal kimdir?".

İmam (ə) buyurur: "Dəccalın adı Said ibni Saiddir. Bədbəxt o kəsdir ki, onu təsdiq edər və qəbul edər. Xoşbəxt o kəsdir ki, onu inkar edər.

O, elə bir yerdən zühur edəcəkdir ki, onu İsbəhan adlandırırlar. Yəhudilərin yeri kimi məşhurdur.

Sağ gözü birləşikdir və bəbəyi yoxdur. O biri gözü isə alnındadır. O qədər aydındır ki, sübh ulduzu kimi parlayar. Gözündə bir ət vardır ki, sanki qana boyanmışdır. Alnında, iki gözü arasında yazılmışdır: Kafirdir ki, hər bir katib və savadsız onu oxuya bilər.

Günəş onunla seyr edər və qarşısında tüstüdən olan dağ, arxasında isə ağ dağ olar. İnsanlar elə bilərlər ki, yeməkdir. O, ağır qəhətlik ilində zühur edəcəkdir. Ayağının altında yaşıl və ya tünd rəngli uzunqulaq olar.

Onun uzunqulağı bir addımda bir mil yolu gedər. Yer üzərində sürətlə seyr edər. O hansı bulaq və suyun yanından keçərsə, Qiyamət gününə qədər quruyar. Yüksək səslə fəryad çəkər: "Mənə tərəf gəlin, ey mənim övliyalarım və dostlarım!".

Nəhayət İsanın (ə) qarşısında namaz qılan şəxs tərəfindən qətl edilər".

Bəli, Dəccal xəyali deyil, həqiqi bir insan olacaqdır. O, sehr elmini biləcəkdir. O, axırəz-zamanda zühur edəcəkdir. Bəşəriyyət üçün böyük fitnə sərkərdəsidir. Maddi imkana malik olacaqdır. İmam Zaman ağanın (ə.f) əleyhinə təbliğatlar aparacaq və nəhayət o Həzrət (ə.f) tərəfindən məhv ediləcəkdir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

XƏBƏRDARLIQ: Sabahın havası narahatlıq yaradacaq
Baş ağrılarını bu çayla dərhal aradan qaldırın
“NİSSAN” dərəyə aşdı, sürücü xilas edildi - VİDEO

Günəşdə ən yüksək dərəcəli daha bir partlayış baş verdi

18+

Məktəbli qızın telefonuna əxlaqsız video göndərən kişi axtarılır
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
Şəmkirdə müğənni qəzaya düşdü, oğlu öldü