Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
SON DƏQİQƏ! Bu ölkə israillə əlaqələrini kəsdi

SON DƏQİQƏ! Bu ölkə israillə əlaqələrini kəsdi

Sabirabad rayonunda yeni təyinat olub

Sabirabad rayonunda yeni təyinat olub

MN-dəki 143 milyonluq cinayət işi ilə bağlı şahidlər barəsində məcburi gətirilmə qərarı çıxarılıb

MN-dəki 143 milyonluq cinayət işi ilə bağlı şahidlər barəsində məcburi gətirilmə qərarı çıxarılıb

XƏBƏR LENTİ

03 May 2024
ABŞ Ukraynaya göndərmək üçün bəzi silahların mövcud olmadığını açıqlayıb
Gürcüstan prezidenti xarici agentlər haqqında qanunu Avropaya inteqrasiyaya maneə hesab edib
SON DƏQİQƏ! Bu ölkə israillə əlaqələrini kəsdi
ABŞ kəşfiyyatı Rusiyanın daha bir münaqişədə iştirakını etiraf edib
Ukrayna Silahlı Qüvvələri Tokmaka Excalibur mərmisi ilə zərbə endirib, yaralılar var
Ukrayna lombardlara termal kamera və dronların satışını qadağan edib
Rusiya səfiri Almaniya hakimiyyətinin Ukraynaya silah ötürmək qərarını səhv adlandırıb
İsrail HƏMAS-a atəşkəs ultimatumu verib
Ukraynanın hər yerində hava hücumu təhlükəsi siqnalı səsləndi
Finlandiya Rusiya ilə sərhəd yaxınlığında qeyri-qanuni kəşfiyyat məlumatlarının aşkar edildiyini açıqlayıb
ABŞ əsgərləri  Nigerdə ​​rusların yerləşdirilməsinə görə döyüş hazırlığını artırdığını açıqlayıb
Sabirabad rayonunda yeni təyinat olub
MN-dəki 143 milyonluq cinayət işi ilə bağlı şahidlər barəsində məcburi gətirilmə qərarı çıxarılıb
BÜTÜN XƏBƏRLƏR
78679
az

Həqiqi ziyankarlardan olmamaq üçün nə lazımdır?

17:4813 Dekabr, 2022
75
CƏMİYYƏT
  • A

İnsan Allah ilə bir çox əhd bağlamışdır: tövhid, Allahı tanımaq, şeytana və nəfsinə itaət etməmək kimi. Ancaq fasiqlər - Allahla bağladıqları bütün bu əhdlərin hamısını pozandırlar. Onlar Allaha itaətsizlik edib, şeytana (lən) təslim olanlardır. Ona görə də həqiqi ziyankarlar da məhz onlardır.

"Həmin kəsləri ki, Allahla əhd-peyman bağladıqdan sonra onu pozur (Allahın hökmləri əqli və nəqli cəhətdən sübuta yetirildikdən sonra onlarla müxalifət edir), Allahın, birləşdirilməsini əmr etdiyi şeyləri (qohum-əqrəba, Məsumlar (ə) və din kimi şeylərlə əlaqəni) kəsir və yer üzündə fitnə-fəsad törədirlər. Ziyana uğrayanlar da onlardır". ("Bəqərə" 27).

Bu, həqiqətdir ki, insan zərr dünyasından bu aləmə gələn zaman həmin əhdləri unudur, ancaq fitrəti və insan təbiəti bu əhdləri unuda bilməz. Çünki insanın batininə qoyulmuş bir hissdir ki, onu doğru yola hidayət edər. Ona şeytana itaət etməməyi əmr edər.

Allah Təala bu əhd haqqında Quranda buyurur: "Ey Adəm övladı, məgər Mən (peyğəmbərlər və öz ağlınız vasitəsilə) sizə buyurmadımmı ki: "Şeytana ibadət etməyin! Şübhəsiz, o sizin açıq-aşkar düşməninizdir?!". Və: "Yalnız Mənə ibadət edin ki, bu, düz yoldur!". Şübhəsiz, (şeytan) sizin içinizdən bir çox dəstələrı azdırdı, heç düşünmürdünüzmü?!". ("Yasin" 60-62).

Bu ayə həmin tövhid fitrətinə işarə edir ki, insanı kamala çatdıracaqdır. Əmirəl-möminin (ə) buyurur: "Allah peyğəmbərlərini (ə) bir-birinin ardınca insanlara tərəf göndərdi ki, onlardan fitri əhdlərinə əməl etməsini istəsinlər".

Allah insana çox sayda nemət verir. Ancaq verdiyi bu nemətlərin hər birinin öz hədəfi vardır. Göz - həqiqətləri görmək üçündür, qulaq - həqiqətləri eşitmək üçündür, dil - həqiqətləri demək üçündür, qəlb - həqiqətləri həyata keçirtməkdə bədənə yardım etmək üçündür. Əgər insan bu nemətlərdən öz hədəfi yolunda istifadə etməzsə, o zaman ziyankarlardan olar və əhdini pozar.

Fasiqlərin başqa bir nişanəsi yer üzündə fəsad törətməkləridir. "O kəslər ki, yer üzündə fəsad törədər və (heç vaxt) islah etməklə məşğul olmazlar". ("Şüəra" 152).

Çünki bu insanlar Allahı unudublar, Ona itaətsizlik ediblər, hətta yaxınlarına belə rəhm etmirlər. Öz ləzzət və mənfəətləri üçün yer üzündə fəsad törədir və rəzil hədəflərini həyata keçirirlər. Hədəfləri bu dünyadan bacardıqları qədər çox faydalanmaqdır. Ona görə də bu yolda heç kəsə rəhm etmir və heç bir günahdan çəkinmirlər.

Bəli, onlardır həqiqi ziyankarlar. Çünki onlar axirətlərini dünyalarına satıblar. Fani olan dünyanı, əbədi olan dünyadan üstün hesab edirlər.

Ali qüvvəyə malik olan Qadir Allah yerinə, Onun behiştindən qovulmuş və insanlığın qatı düşməni olan şeytana (lən) itaət edir və təslim olurlar.

Bu insanları xüsrandan başqa bir şey gözləmir.

Beləliklə, ziyankarlardan olmamaq üçün, insan öz fitrətinə uyğun yaşamalıdır.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bu yarış selə görə təxirə salındı
Əmlakına çıxarış ala bilməyənlər üçün yeniliklər olacaq - VİDEO
40 yaşından sonra uşaq sahibi olacaq 3 bürc

Rusiyada nadir çiçək tapılıb

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
Yunis Səfərovun şikayəti rədd edildi