Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
78658
az

Qadın yeni doğulmuş uşağı binanın girişində atdı - VİDEO

22:0512 Dekabr, 2022
83
CƏMİYYƏT
  • A
1981-ci il təvəllüdlü qadın Moskvanın Paromnaya küçəsindəki yaşayış binasının girişinə yeni doğulmuş körpəni birinci mərtəbəyə atıb. Hadisə videoya düşüb.
OXU24.COM bildirir ki, Moskva Prokurorluğundan verilən məlumata görə, ev sakinləri tərəfindən tapılan qız təxminən yeddi günlükdür.
 
"Yeni doğulmuş körpə ədyala bükülmüşdür, gözəgörünən bədən xəsarəti yoxdur, körpəyə hazırda tibbi yardım göstərilir, o, tibb müəssisəsinə yerləşdirilib", - nazirliyin açıqlamasında bildirilib.
 
Daha sonra uşağı girişdə qoyan qadın müəyyən edilərək saxlanılıb. Faktla bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 106-cı maddəsi ("Yeni doğulmuş uşaq anası tərəfindən adam öldürməyə cəhd") ilə cinayət işi başlanıb.
 
Rusiya İstintaq Komitəsinin Moskva Baş İstintaq İdarəsinin məlumatına görə, şübhəli şəxs əvvəllər Rusiya Federasiyası Cinayət Məcəlləsinin 125-ci maddəsində ("Həyatı və sağlamlığı üçün təhlükə altında olan şəxsi bilərəkdən köməksiz tərk etmək") nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib.
 
Yeni doğulan qız hazırda tibb müəssisəsinə yerləşdirilib və həkimlərin nəzarəti altındadır, onun həyat və sağlamlığına heç bir təhlükə yoxdur.
Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Broyler toyuqlarının bu hissələrini yeməyin
Xolesterol səviyyəsini idarə etməyə kömək edəcək unikal içki
Quba və Xaçmaza dolu yağır - VİDEO

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Ağcabədidə 40 yaşlı kişi qətlə yetirildi