Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
78365
az

Spirtli içkilərin saxtalığı belə bilinir - Laboratoriyadan VİDEOREPORTAJ

20:4209 Dekabr, 2022
66
CƏMİYYƏT
  • A

Saxta olduğu şübhəsi yaranan spirtli içkilər Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzində müvafiq cihazlar vasitəsilə yoxlanır.

OXU24.COM Xəzər Xəbər-ə istinadən xəbər verir ki,hüquq-mühafizə orqanları tərəfindən aşkar edilən sexlərdəki spirtli içkilər məhz bu mərkəzə gətirilir.

Mərkəzin Fiziki-kimyəvi ekspertiza şöbəsinin aparıcı eksperti Leyla Hacıyeva deyib ki, spirt tərkibli mayelərin ekspertizası istintaq orqanları tərəfindən verilən qərar əsasında həyata keçirilir.

İçki yoxlanılarkən onun üzərindəki yazı ilə tərkibindəki maddələrin uyğunluğuna da diqqət yetirilir.

Saxta olduğu ehtimal edilərək mərkəzə verilən içkilər bəzi hallarda tədqiqat üsulundan istifadə edilməklə də yoxlanılır. Aparıcı ekspertin sözlərinə görə, həmin içki açıldıqda onun iyi və dadından da saxta olub-olmadığını müəyyən etmək olur.

Əvvələr yalnız arağın saxtası hazırlanırdısa, son illərdə bəzi işbazlar bahalı içkilərin də saxtasını hazırlayırlar. Xüsusən də viskilərin saxtası hazırlanır ki, bu da insanı ən yaxşı halda əlil edir.

Leyla Hacıyeva vurğulayıb ki, istintaq orqanları tərəfindən saxta içkilərin yoxlanılması kimi müraciətlər həddindən artıq çox olur. Nəticələr isə bir ay ərzində açıqlanır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Oynaq ağrıları
İnsanlar və pişiklər arasındakı münasibətin tarixi: 12 min il...
Belçika Azərbaycan və Ermənistan arasında danışıqların yeni raundunu alqışladı

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Yardımlıda saxlanılan şəxslərdən 14 kiloqram marixuana aşkarlandı