Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
78316
az

Pensiya ilə bağlı sığorta stajının müddətinin daha 3 il uzadılmasına dair layihə təsdiqlənib

11:3809 Dekabr, 2022
181
CƏMİYYƏT
  • A

Milli Məclis pensiya ilə bağlı sığorta stajının müddətinin daha 3 il uzadılmasına dair layihəni III oxunuşda qəbul edib.

Oxu24.com-un xəbərinə görə, bununla bağlı “Əmək pensiyaları haqqında” qanuna dəyişiklik layihəsi Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.

Mövcud qanunvericilikdə pensiya yaşına çatan və 2006-2008-ci illər aralığında fərdi şəxsi hesabının sığorta hissəsində pensiya kapitalı olan şəxslərə (kapital məbləğindən asılı olmayaraq) pensiya təyin edilərkən 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2023-cü ildən etibarən isə hər təqvim ili üçün 1 il azaldılmaqla hesablanır.

Ancaq təklif olunan dəyişikliyə əsasən, sığorta stajının müddətinin 3 il artırılaraq 2026-cı ilə qədər uzadılması nəzərdə tutulur.

Layihənin qeyd hissəsində göstərilib ki, sözügedən dəyişiklik amnistiya xarakteri daşıyır və pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsinə xidmət edir.

Müzakirələrdən sonra dəyişiklik layihəsi səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Həmkəndlisini qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanıldı
İtaliya Azərbaycana yeni səfir təyin etdi