Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
78292
az

Naxçıvanla bağlı VACİB DƏYİŞİKLİK - VİDEO

21:3108 Dekabr, 2022
118
  • A

"Son 1 ay Azərbaycanda baş verən institutisional dəyişikliklər, yəni Naxçıvan Muxtar Respulikasının Gömük Komitəsinin və Dövlət Təhlükəsizliyi Xidmətinin ləğv edilərək əvəzində baş idarələrin yaradılması gələn ilin dövlət büdcəsində əhəmiyyətli dəyişikliyə səbəb olacaq".

 

Oxu24.com  xəbər verir ki, bu fikirləri XəzərTV-yə açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili deyib.

 

O deyib ki, bundan sonra Naxçıvanda gömrük rüsumları Muxtar Respublikaya deyil, birbaşa mərkəzi büdcəyə yönəldiləcək.

 

T.Mirkişili əlavə edib ki, dövlət büdcəsinin gəlirləri 30 milyard 773 milyon manata yaxın olacaq. Xərclər isə 33 milyard 353 milyon mananat olacaq.

Azərbaycanda inflyasiyanın qarşısını almaq üçün hökümət tərəfindən müəyən tədbirlərin görüldüyünə diqqət çəkən Tahir Mirkişili qeyd edib ki, buna baxmayaraq, bu ilin sonuna orta illik inflyasiya təxminən 14 faizə yaxın olacaq.

 

Tahir Mirkişili qeyd edib ki, yaşayış minimumu 2023-cü ildə bu ilə nisbətən 36 manat artırılacaq.

 

Qeyd edilib ki, hazırda bu rəqəm 210 mantdır. Gələn ildən isə yaşayış minimumu 246, əmək qabiliyyətli əhali üçün 261, pensiyaçılar üçün 199, uşaqlar üçün 220 manat məbləğində müəyyən edilib.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Əmlakına çıxarış ala bilməyənlər üçün yeniliklər olacaq - VİDEO
40 yaşından sonra uşaq sahibi olacaq 3 bürc