Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
78281
az

Əhaliyə Yeni illə bağlı XƏBƏRDARLIQ EDİLDİ — VİDEO

19:5608 Dekabr, 2022
136
CƏMİYYƏT
  • A

Binəqədidə naməlum şəxs bankomatın qarşısında təqaüdçülərin etibarından sui-istifadə edərək onların kartında olan pulu ələ keçirib.

OXU24.COM un DİN-in Mətbuat xidmətinə istinadən xəbərinə görə, kart sahibi BRP-nin 6-cı Polis Bölməsinə müraciətində bildirib ki, bankomatın qarşısında pul çıxarmaqda ona köməklik etməsi üçün yaxınlıqda olan şəxsə müraciət edib. Həmin şəxs kartı bankomata daxil edəndən sonra hesabda pul olmadığı barədə zərərçəkənə yalan məlumat verib. Kart sahibi ərazidən uzaqlaşandan sonra o, bankomatdan çıxan pulu götürərək hadisə yerindən yayınıb. Eyni məzmunlu şikayətlə Binəqədi rayon sakini olan daha 3 nəfər polisə müraciət edib. Onlar da kartlarından müxtəlif məbləğlərdə pulların qeyd edilən üsulla ələ keçirildiyini bildiriblər.

Əməliyyat-axtarış tədbiri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Fizuli Nəcəfov saxlanılıb. Saxlanılan şəxs əsasən ondan kömək istəyən yaşlı şəxslərin pensiya kartlarında olan pul vəsaitlərini ələ keçirib.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Fizuli Nəcəfovun əməllərindən zərər çəkən başqa vətəndaşlar varsa, bu barədə ərazi üzrə polis orqanlarına, "102" Xidməti Zəng Mərkəzinə və DİN-in sosial şəbəkələrdəki rəsmi səhifələrinə məlumat verə bilərlər.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Broyler toyuqlarının bu hissələrini yeməyin
Xolesterol səviyyəsini idarə etməyə kömək edəcək unikal içki
Quba və Xaçmaza dolu yağır - VİDEO

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Bakıda kişi gecə saatlarında özünü asdı