Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
78279
az

Bakıda ər küçədə keçmiş arvadını öldürdü - FOTO

19:4608 Dekabr, 2022
153
CƏMİYYƏT
  • A

Bakıda Həzi Aslanov metrostansiyasının qarşısında qətl hadisəsi törədilib.

OXU24.COM qafqazinfo-ya istinadən xəbər verir ki, 1976-cı il təvəllüdlü İlqar Qəribov keçmiş həyat yoldaşı 1983-cü il təvəllüdlü Qəribova Raminəni çoxsaylı bıçaq xəsarətləri yetirərək öldürüb. Hadisənin qısqanclıq zəminində baş verdiyi bildirilir.

Şübhəli şəxs polis əməkdaşları tərəfindən saxlanılıb. 

Baş Prokurorluq Bakıda törədilən qətllə bağlı məlumat yayıb.

Qurumun Mətbuat xidmətindən "Qafqazinfo"ya bildirilib ki, paytaxtın Xətai rayonunu ərazisində  1983-cü il təvəllüdlü Raminə Qəribovanın öldürülməsi barədə rayon prokurorluğuna ilkin məlumat daxil olub.

Aparılmış araşdırmalarla zərərçəkmişin keçmiş əri 1976-cı il təvəllüdlü İlqar Qəribovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək Raminə Qəribovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

İlqar Qəribov şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilib. 

Hazırda iş üzrə istintaq davam edir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

32 ildən sonra Laçında ikinci dəfə toy çalındı - FOTO
Bu ədviyyatı zeytun yağı ilə qarışdırın – Orqanizmi qalxan kimi qoruyur
Şaftalı bu xəstəliyi olanlara faydalıdır

UEFA-dan Şahruddinin komandasına sərt cəza

18+

Küçədə qızı belə öldürdü (18+VİDEO)
Rusiya Ukrayna gəmilərini belə vurdu - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Lənkəranda qətlə yetirilən 22 yaşlı Könülün ailəsi hər şeyi danışdı +VİDEO