Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
78133
az

Ürəyi sağlam saxlamaq üçün nə etməliyik?

09:3707 Dekabr, 2022
111
CƏMİYYƏT
  • A

Ürəyimizin döyüntüsü varlığımızın səsidir. Nə qədər ki, ürəyimiz nizamla döyünür, qəlbimız sözümüzə baxır, deməli, yaşamağa dəyər. Ona görə də ürəyi qorumaq aktual əhəmiyyət kəsb edir.

OXU24.COMxəbər verir ki, həkim-kardioloq, professor Adil Baxşəliyev deyib: "Ürək ən zəhmətkeş orqandır, o orqan beyin, qaraciyər və böyrəyin qanla təchizatını yerinə yetirir. Müasir dünyada ürək və damar xəstəlikləri ölüm səbəbləri arasında ən üst sırada dayanır. Hər il dünyada təxminən 18 milyon nəfərə yaxın insan ürək xəstəlikləri ilə əlaqədar həyatını itirir. Xüsusilə də ailəsində ürək və damar xəstəliyi, hipertoniya, şəkərli diabet, yüksək xolesterin və artıq çəkisi olanlar risk altındadır".
Ətraflı

Onun dediyinə görə, orqanizmin ən çətin əzələsinin qeydinə qalmaq elə də çətin deyil: düzgün qidalanma, aktiv həyat tərzi, alkoqol və tütündən imtina etmək və hər şeyi ürəyə salmamaq lazımdır. Həkim-kardioloq deyib ki, stress ürək xəstəliklərinin başlıca faktoru hesab edilir: "Sağlam yuxu yatmaq ən vacib şərtlərdən biridir. İnsan yuxudan ayılanda özünü gümrah və yaxşı hiss etməlidir. Ekologiyanın sağlamlığı da mühüm şərtlərdən biridir. Möhkəm əsəb sistemi də ürək sağlamlığında həlledici rol oynayır".

Ürək-damar xəstəliklərinin vaxtında müəyyən edilməsi ilə həyat keyfiyyətini yaxşılaşdırmaq və ömrü uzatmaq mümkündür. Professor bununla əlaqədar hamının bilməli olduğu vacib tövsiyələrini də verib: "Ürəyin qanla təchizatını öyrənmək üçün heç olmasa ildə bir-iki dəfə 45-50 yaşdan sonra elektrokardioqrama çəkilməlidir. Yaşadığımız həyat boyu həmişə ürəyimizin qayğısına qalmalıyıq və nə qədər ki, onun qayğısına qalırıq, o da bizi yaşatmaqda davam edir".

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Dördüncü kurs tələbəsi vəfat etdi
Yağış, dolu, sulu qar... - Faktiki hava AÇIQLANDI
XİN: Bu, ölkəmizin sülhün təşviqinə davamlı sadiqliyinin təzahürüdür

Rusiyada nadir çiçək tapılıb

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
Şəkidə DƏHŞƏT: 59 yaşlı kişi iki nəfəri...