Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
77948
az

Ailənin həyatını təmin etmək məsuliyyəti haqqında Quranın tövsiyələri

10:3203 Dekabr, 2022
70
CƏMİYYƏT
  • A

Kişi və qadının birgə həyatda qabiliyyət və ehtiyaclarına uyğun olaraq müəyyən edilmiş hüquqları vardır. Quran kişi və qadının hüquqlarını ilahi nöqteyi-nəzərdən müəyyən edir. Hətta bu qanunların bəziləri həyat yoldaşının ölümdən sonrakı hüquqları ilə bağlıdır:

"Sizlərdən vəfat edib özlərindən sonra arvadlarını qoyub gedən şəxslər həmin qadınlara öz evindən çıxarılmamaq şərtilə, bir il müddətində baxılmasını (vərəsələrinə) vəsiyyət etməlidirlər.

Əgər onlar (öz arzuları ilə) çıxıb gedərlərsə, o zaman onların qəbul olunmuş qayda üzrə (şəriətə müvafiq) öz barələrində görəcəkləri işlər üçün siz günahkar deyilsiniz. Allah yenilməz qüvvət sahibi, hikmət sahibidir!" (Bəqərə, 240).

Bu ayə açıq-aydın tövsiyə edir ki, kişi ölümündən əvvəl arvadının vəfatından bir il sonraya qədər onun dolanışığını düşünməlidir. Bu müddət ərzində həyat yoldaşının da həyatını davam etdirmək üçün uyğun bir vəziyyət hazırlamaq imkanı var.

Qeyd edək ki, İslami həyat tərzində ailədə qadının həyatını təmin etmək məsuliyyəti kişinin üzərinə düşür. Yuxarıdakı ayəyə əsasən bu məsuliyyət kişinin ölümündən sonra da bəzi şərtlərlə davam edir: "Kişilər qadınlar üzərində ixtiyar sahibidirlər (onların hamisidirlər). Bu, Allahın onlardan birini digərinə üstün etməsi və (kişilərin) öz mallarından (qadınlar üçün) sərf etməsinə görədir" (Nisa, 34).

"Nur" təfsirinin müəllifi Möhsin Qəraəti bu ayənin bəzi mesajlarını belə izah edir:

1_ Kişilər mallarının bir hissəsini arvadlarına vəsiyyət etməlidirlər.

"وَ الَّذِينَ يُتَوَفَّوْنَ ... وَصِيَّةً لِأَزْواجِهِمْ"

2_ Dul qadınların gələcəyi təmin edilməlidir. "مَتاعاً إِلَى الْحَوْلِ"

3_ Qadın yeni ər seçməkdə hər hansı qərarı müdrik və qanuni və məqsədəuyğunluğu nəzərə alaraq qərar verməlidir. "فَعَلْنَ فِي أَنْفُسِهِنَّ مِنْ مَعْرُوفٍ"

4_ İlahi hökmlərin qanunvericiliyi hikmətə əsaslanır. "عَزِيزٌ حَكِيمٌ"

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

“Trendyol” Azərbaycan üçün qiymətləri KƏSKİN ARTIRDI
Zelenski onu vəzifəsindən azad etdi
Azərbaycanda vulkan püskürdü

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
İrandan gətirilən 61 kq narkotiki satmaq istədilər