Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
77895
az

Baş prokuror Abşeronda vətəndaşları qəbul edib

16:1202 Dekabr, 2022
119
CƏMİYYƏT
  • A

Dekabrın 2-də Baş prokuror Kamran Əliyev Abşeron Rayon Prokurorluğunun inzibati binasında Bakı şəhəri, Abşeron və Zəngilan rayonlarından olan vətəndaşları qəbul edib.

Bu barədə  Oxu24.com-a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, qəbuldan əvvəl Baş prokuror xalqımızın ümummilli lideri Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət edib, gül dəstələri düzərək əziz xatirəsini ehtiramla yad edib.

Qəbulda iştirak edən 33 vətəndaşın müraciətində qaldırdıqları məsələlərin, o cümlədən konkret cinayət işlərinin istintaqı və törədilən cinayətlər barədə məlumatların araşdırılması zamanı yol verilmiş qanun pozuntuları, mülki xarakterli mübahisələrlə bağlı və sosial problemlərə aid müraciətlərin bilavasitə prokurorluqda və ya aidiyyəti icra orqanlarında operativ həlli üçün Kamran Əliyev müvafiq göstərişlər verib.

Qəbuldan sonra Baş prokuror Abşeron Rayon Prokurorluğunda Abşeron və Zəngilan rayon prokurorluqalarının əməkdaşlarının iştirakı ilə müşavirə keçirərək vətəndaşların müraciətlərinə obyektiv baxılması və qəbulu işinin düzgün təşkili, ibtidai istintaqın hərtərəfli, tam və obyektiv aparılması, cinayətkarlığa qarşı mübarizənin daha da gücləndirilməsi ilə bağlı öz tövsiyələrini verib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
Xankəndi şəhərinin nəqliyyat planı hazırlanıb
SON DƏQİQƏ! Baş nazir qərar imzaladı

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Müsavat itkin düşmüş fəalı öldürülüb