Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
77838
az

Yuxuda futbol görmək nə vəd edir?

18:0002 Dekabr, 2022
690
CƏMİYYƏT
  • A

Yuxu mücərrəd bir anlayışdır. Yuxu yozmaları və yuxu terminləri ilk yarandığı gündən bəri filosoflar və elm adamları bununla bağlı çox araşdırma edir. Yuxuların mənasını müxtəlif yollarla izah edirlər. Belə deyilir ki, yuxu bizim ölümdən sonrakı həyatımızla da əlaqəlidir.

Yuxularda bir çox şey görürük. Bunlardan biri də futboldur. Bəs, yuxuda futbol görmək nə vəd edir?

OXU24.COM  lent.az-a istinadən yuxuda futbol görməyin hansı mənaya gəldiyi ilə bağlı qısa xülasəni təqdim edir:

Yuxuda futbol görmək sağlam bir həyat yaşamaqdan xəbər verir. Xəyalpərəstin ətrafındakı insanlarla, tanışlarla münasibətlərini yaxşılaşdıracağını, bir-birilərinə kömək edəcəklərini, hüzurun heç vaxt pozulmayacağını göstərir. Ancaq təbii ki, yuxuda futbol görmək başqa tərəflərə də yozulur.

Məsələn, xəyalpərəstin yuxusunda futbol forması görməsi yorğunluğa dəlalət edir. Yuxu sahibini çox sevindirəcək, çəkdiyi əziyyətin nəticəsiz qalmayacağına işarə edir.

Yuxuda futbol oynamaq və ya izləmək yuxu görənin gecə həyatı ilə daha çox maraqlanmağa başlayacağına, özünə yeni həyəcanlar axtaracağının xəbərçisidir. Həmçinin, xəyalpərəst yeni hobbilər tapacaq, yeni mühitlərə girəcək və tamamilə yeni insanlarla tanış olacaq.

Bununla yanaşı, başqa bir yuxu yozmaya görə isə yuxuda futbol oynamaq xəyalpərəstin çətin sınaqdan çıxacağına işarədir.

Yuxuda futbol oynamaq yuxu sahibinin tanıdığı bir neçə adamla iş quracağından xəbər verir. Eyni zamanda, bu yuxu xəyalpərəstin həyatında müsbət dəyişikliklərin olacağını bildirir. Yuxu görən şəxs bacardıqları ilə hörmət qazanıb, ad sahibi ola bilər.

Yuxuda futbolçu ilə danışdığını görmək xəyalpərəstin iş həyatında böyük bir irəliləyiş etmək istədiyi ilə əlaqələndirilir. Bu, insanın həm vəzifəsi, həm də həyat təcrübələri haqqında ondan daha peşəkar və daha təcrübəli birindən böyük məlumat alacağı kimi yozulur.

Yuxuda futbol topu görmək şəxsi həyatda və işdə yaşanan mənfilikləri ifadə edir. Yuxu sahibinin iş həyatında fikir ayrılıqlarının olacağının xəbərçisidir. Hətta maddi və mənəvi zərər görəcəyi anlamına gəlir.

Əgər xəyalpərəst yuxuda favorit futbolçusunu görürsə, bu həmin şəxsin duyğularını idarə edə bilməyəcəyini bildirir. Onun əsəbilərini, sevincini basdıra bilməyəcəyini ifadə edir.

Yuxuda boş futbol stadionu görmək yaxşı tərəfə yozulmur. Belə ki, yuxu sahibinin ona verilən şansdan düzgün istifadə edə bilməyəcəyi, əlinə düşən fürsətləri boşa verəcəyi kimi şərh olunur. Perspektivli bir iş təklifini geri çevirməklə gələcəkdə böyük bir peşmanlıq hissi yaşanacaq.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Broyler toyuqlarının bu hissələrini yeməyin
Xolesterol səviyyəsini idarə etməyə kömək edəcək unikal içki
Quba və Xaçmaza dolu yağır - VİDEO

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
İrandan gətirilən 61 kq narkotiki satmaq istədilər