Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
77752
az

Bu gün Şəhid Həsən Dəmirovun doğum günüdür

10:1301 Dekabr, 2022
67
CƏMİYYƏT
  • A

Bu gün Şəhid Həsən Dəmirovun doğum günüdür.
 

Oxu24.com xatırladır ki, Həsən Turan oğlu Dəmirov 1994-cü il dekabrın 1-də Cəlilabad rayonunun Muğan kəndində anadan olub.

 

Azərbaycan Ordusunun baş əsgəri olan Həsən Dəmirov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşan qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib.

Həsən Dəmirov sentyabrın 27-də Suqovuşan döyüşləri zamanı şəhid olub. Cəlilabad rayonunun Muğan kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Həsən Dəmirov ölümündən sonra "İgidliyə görə", "Laçının azad olunmasına görə", "Suqovuşanın azad olunmasına görə" və “Vətən uğrunda” medalları ilə təltif edilib.

Hazırladı: Miri Məcidli

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Fəlsəfə doktoru vəfat etdi - FOTO
Evin künclərinə dəfnə yarpağı düzün: Tarakan hiyləsi
“Gənclik” metrostansiyasında sərnişin qatar yoluna düşüb

Ən zərərli tərəvəzin adı açıqlandı

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Ürəyi 20 il cavanlaşdıran qidaların SİYAHISI AÇIQLANDI
Vəkil oğrunu doğru çıxarmağa çalışdı, özünü istintaqa cəlb etdilər – MƏHKƏMƏ İŞİ