Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
77740
az

Əxlaqı dəyişdirmək qeyri-mümkündür?

11:0801 Dekabr, 2022
102
CƏMİYYƏT
  • A

"Ayələrini onlara oxumaq, onları (əqidədə, əxlaqda və əməldəki çirkinliklərdən) pak etmək, onlara (səmavi) kitab, dini və əqli mərifətlər öyrətmək üçün ümmilərin (çoxusu savadsız olan Məkkə camaatının) arasından özlərindən olan bir Peyğəmbər seçən Odur. Doğrudan da onlar bundan öncə açıq-aşkar azğınlıq içində idilər. Və onu (bəşərin nəsli kəsilənədək) onlardan olan lakin hələ onlara qoşulmamış digər cəmiyyətlər üçün də (seçdi). O, (istədiyi şeydə) yenilməz qüdrət sahibi və (əbədi qalan dinin qanunlarının çıxarılmasında) hikmət sahibidir". ("Cümə" 2-3).

Bu ayələrdən də göründüyü kimi Həzrət Peyğəmbərin (s) hədəfi bütün müsəlmanları hidayət etmək, tərbiyə etmək və islah etmək idi.

Quran başdan-başa bizlərə təlim verir və nəfslərimizi tərbiyə etməyə çalışır. Bizlərə əxlaq fəzilətlərini tanıdır və rəzil sifətlərdən uzaq olmağımızı əmr edir.

Rəzil əxlaqdan xilas olmağın yolu isə nalayiq sifətləri islah etməkdir. Əxlaqla əməlin sıx rabitəsi vardır. Gözəl əxlaq odur ki, əməldə özünü göstərsin. Necə ki, rəzil əxlaq da özünü əməldə göstərər.

Quran ayələri bizə söyləyir ki, əxlaqı dəyişdirmək mümkündür."Nəfsini (etiqad və əxlaq kamallarında) təkamülə çatdıran və (fikir və nəfs pisliklərindən) onu təmizləyən kəs şübhəsiz, nicat tapmışdır! Və (nəfsini) pisliklərə bulaşdırıb cəhalət, küfr və pozğunluq pərdəsi altında gizlədən kəs, şübhəsiz, ziyana uğramışdır!". ("Şəms" 9-10).

Bu ayələr buyurur ki, insan nəfsi təbiət baxımından pakdır. Bütün çirkin sifətlər xaricdən ona nüfuz edər. Hər ikisini də dəyişdirmək mümkündür.

"Yaxşı iş (gözəl əqidə, əməl və söz) ilə pis iş əsla bir deyil. (Buna görə də sənə yetişən pislikləri) ən gözəl üsulla dəf et. Onda səninlə arasında düşmənçilik olan şəxs birdən (elə dəyişər ki,) sanki yaxın dost və qohumdur". ("Fussilət" 34).

Bu ayə bildirir ki, insan nəfsində kök salmış düşmənçiliyi sevgi və məhəbbətlə aradan qaldırmaq olar. Onu dostluğa çevirmək mümkündür. Əgər əxlaqı dəyişdirmək mümkün olmasaydı, bu da mümkün olmazdı.
 

Halbuki, hədislərimizin bir çoxu bizi gözəl əxlaqa sahib olmağa dəvət edir və nəfsimizi islah etməyi tövsiyə edir.

Belə ki, hədisdə oxuyuruq: "Əgər bəndələr bilsəydilər ki, gözəl əxlaqın nə qədər faydası vardır, yəqin edərdilər ki, gözəl əxlaqa möhtacdırlar".

Digər yerdə buyurulur: "Gözəl əxlaq dinin yarısıdır".

İmam Əli (ə) buyurur: "Gözəl əxlaq ağlın meyvəsidir və pis əxlaq cəhalətin səmərəsidir".

Həzrət Peyğəmbər (s) buyurur: "Allah bəndəsi gözəl əxlaq vasitəsilə axirətin ali dərəcəsinə və ən yaxşı məqamlara çatar. Halbuki, ola bilsin ki, ibadət cəhətdən zəif olsun".

Bütün bu deyilənlərdən belə nəticəyə gəlmək olar ki, əxlaqı dəyişdirmək mümkün olan bir işdir. Əgər belə olmasaydı, nə Quran və nə də Məsumlar (ə) bizi gözəl əxlaq sahibi olmağa dəvət etməzdilər.

Qəbul edərdilər ki, onu dəyişdirmək mümkün deyildir. Lakin əksinə, onlar bizi həmişə nəfsimizi islah etməyə və tərbiyə etməyə dəvət ediblər.

Belə ki, İmam Əli (ə) buyurur: "İnsanın dəyəri və keyfiyyəti bəyənilmiş əxlaqında və alçaq əxlaqdan çəkinməyindədir".

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Evin künclərinə dəfnə yarpağı düzün: Tarakan hiyləsi
Xalq artistinin qızı nişanını qaytarıb

Ən zərərli tərəvəzin adı açıqlandı

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Ürəyi 20 il cavanlaşdıran qidaların SİYAHISI AÇIQLANDI
Vəkil oğrunu doğru çıxarmağa çalışdı, özünü istintaqa cəlb etdilər – MƏHKƏMƏ İŞİ