Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
77482
az

Çəyirtkə yemək olar?

10:5926 Noyabr, 2022
113
  • A

Sual: Çəyirtkə yemək olar? Dində buna icazə verilir? Bir kitabda oxumuşam ki, peyğəmbərin əshabələri çəyirtkə yeyirmiş. Bu düzdür?

Cavab: Bütün məzhəblər çəyirtkə yeməyin halallığı məsələsində həmfikirdir. Amma çəyirtkənin təzkiyə edilib (kəsmək) edilməməsi məsələsində fikir ayrılığı yaranıb. Maliki məzhəbinə əsasən çəyirtkəni təzkiyə etməmiş yemək olmaz; başqa sözlə, Malikilərin fikrincə bu, caiz deyil. Təzkiyə isə çəyirtkənin ya başını qopartmaqla, ya diri-diri odda qızartmaq yaxud da suda qaynatmaqla olur. Yəni, ölü çəyirtkəni yemək olmaz. ((Səhnun, Əl-Müdəvvənə, II cild, s. 57.))

Digər məzhəblərdə isə belə bir şərt yoxdur. ((Şafii, Əl-Ümm, II cild, s. 366; Kəsani, Bədaius-sənai, V cild, s. 36; İbn Qüdamə, Əl-Muğni, XI cild, s. 42; İbn Həzm, Əl-Muhəlla, VI cild, s. 120.))

Çəyirtkənin yeyilməsi ilə əlaqədar olaraq peyğəmbərimizdən ( s. a. v.) belə bir rəvayət nəql edilib:
Ətraflı
Ad - 00:09

İbn Əbi Əvfa (öl. 86) belə demişdir: "Rəsulullahla birlikdə (altı ya da yeddi dəfə) qəzvəyə ((Peyğəmbərimizin (s. a. v.) özünün də iştirak etdiyi savaş, döyüş.)) çıxmışdıq. Qəzvə vaxtı çəyirtkə yedik". ((Buxari, Sayd (ov), 13; Müslim, Sayd, 52; Əbu Davud, Ətimə (yeməklər, yeməlilər), 22; Tirmizi, Ətimə, 22; Nəsai, Sayd, 37.))

Başqa bir hədisdə rəvayət edilir ki, peyğəmbərimiz çəyirtkələr haqqında: "Onlar Allahın ən gur ordusudur. Onu nə yeyərəm, nə də (kiməsə) haram edərəm", - deyib. ((İbn Macə, Sayd, 9; Əbu Davud, Ətimə, 35.)) Bu hədisi rəvayət edən Əbu Davud (öl. 275) bu hədisin mürsəl (əshabə ravisi sənəddən ayrılmış) bir hədis oluğunu bildirib.

Çəyirtkə yeməklə əlaqədar olaraq nəql edilən bütün hədislərin arasında ən mötəbər (səhih) hədis İbn Əbi Əvfadan nəql olunub. Buna görə də çəyirtkə yeməyin halallığı barəsində həmrəylik olduğu bildirilir. ((Əhməd Naim, Kamil Miras, Təcridi-sərih tərcüməsi və şərhi, XII cild, s. 18.))

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

XİN: Bu, ölkəmizin sülhün təşviqinə davamlı sadiqliyinin təzahürüdür
FİFA bu qadağanı götürür
Sevgi, yoxsa pul? - Bakıda maraqlı SORĞU - VİDEO

Rusiyada nadir çiçək tapılıb

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
Gənc qadını bıçaqlı şəxs taksiyə mindirib qaçırdı – ANBAAN VİDEO