Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
77481
az

Adəm və İblis

10:4026 Noyabr, 2022
93
  • A

Sual: Məgər şeytan ağılsız bir varlıq idi ki, Allaha üsyan etsin? Adəm və İblisin qissəsini bu baxımdan necə başa düşmək və qiymətləndirmək lazımdır?

Cavab: Şeytan ağılsız bir varlıq deyil. Hətta o, Allahın qüdrətindən xəbərdar olduğuna görə qovulduğu vaxt belə, Allahdan icazə istəmişdir. Bəzi ayələr şeytanın Allahdan qorxduğunu da bildirir.

Lakin bu məsələdə ən çox diqqət yetirilməli olan cəhət budur: Ağıllı varlıq olmaqla ağlını işlətmək eyni şey demək deyil. Şeytan ağlını işlətmədiyinə və ardınca da tövbə-istiğfar edib bağışlanmaq diləmədiyi üçün o vəziyyətə düşdü. Əgər o səhvə yol verdikdən sonra hislərinin əvəzinə ağlından istifadə edib Allaha tövbə-istiğfar etsəydi, indi o halda olmayacaqdı. Əstağfirullah, Allah zalım deyil ki, onu yoldan çıxarsın və sonra cəza versin!

Adəm peyğəmbər (ə. s.) də Allahı çox yaxşı tanıyırdı. Hətta ona hər şeyi Allah öyrətmişdir. Bu cəhətdən baxıldıqda Allah ona müəllimlik edib. Allah Adəmə sadəcə olaraq bir qadağa qoymuşdu. O isə gedib o qadağanı pozdu. Bu mərhələyə qədər onun gördüyü işlə şeytanın gördüyü iş arasında heç bir fərq yoxdur. Belə ki, onlardan biri Allahın əmrinə tabe olmadı, digəri də Allahın qoyduğu qadağanı pozdu. Sonra ikisinin arasındakı fərq məlum oldu. Şeytan öz gördüyü işin düzgün olması məsələsində inadkarlıq və təkid etdi. Təkəbbürə qapıldı və hüzurdan qovuldu. Adəm isə əməlinin yanlış olduğunu başa düşüb dərhal tövbə etdi və bağışlandı. Yəni, bunlar nə etdilərsə, özləri etdilər. Allah onları belə bir iş görməyə məcbur etməyib. Budur, ağıllı olmaqla ağlını işlətmək arasındakı fərq burada üzə çıxdı.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Əmlakına çıxarış ala bilməyənlər üçün yeniliklər olacaq - VİDEO
40 yaşından sonra uşaq sahibi olacaq 3 bürc

Maqnit qasırğası ilə bağlı əhaliyə xəbərdarlıq! Saat 15.00-dan sonra...

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
Azərbaycanda narkotiklərlə bağlı aşkarlanmış faktların sayı AÇIQLANDI