Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
77087
az

Ağrıkəsici dərmanların ağır fəsadları: mədə, qaraciyər zədələnir...

19:2621 Noyabr, 2022
133
CƏMİYYƏT
  • A

Müəyyən ağrılar zamanı ağrıkəsicilərin qəbul olunması halı geniş yayılıb. Doğrudur, ağrıkəsicilər orqanizmdə müəyyən müddət rahatlıq yaratsa da, onların həkim tövsiyəsi olmadan qəbul edilməsi böyük problemlər yarada bilər.

Təbii ki, ağrılar şiddətlənən zaman əlacsız qalıb ağrıkəsici qəbul olunması başadüşüləndir. Amma həmin preparatın qəbulundan sonra orqanizmə vuracağı zərərləri də düşünmək lazımdır.

OXU24.COM  xəbər verir ki, həkim-endokrinoloq Aynur Muxtarova dərmanların bu cür qəbul edilməsinin böyük problemlərə səbəb olacağından danışıb: "Təəssüf ki, apteklərdən reseptsiz halda ağrıkəsici almaq mümkündür. Bəzi hallarda ağrıkəsicilərdən istifadə xəstəliyi şiddətləndirir və ya yaxud xəstəliyi maskalayaraq onun daha da ağrılaşmasına aparıb çıxarır. Hətta bəzən mədə yaraları, mədə xoralarının əmələ gəlməsinə və yaxud mövcud xoraların qanamasına və ağırlaşmasına səbəb olur. Ən çox ağrıkəsici kimi istifadə olunan qeyri-steroid iltihab əleyhinə dərmanlar qaraciyərdə ağır təsirlər qoyur".

Unutmaq olmaz ki, ağrıkəsicilər xəstəliyi müalicə etmir, sadəcə olaraq ağrını müəyyən müddət azaldır. Ona görə də hər dərdin çarəsini ağrıkəsicidə axtarmaq lazım deyil.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Məşqçinin təcavüz etdiyi tennisçiyə bu qədər təzminat ödəniləcək
Türkiyə şirkətləri azad olunmuş ərazilərdə 50-yə yaxın layihə icra edir - Əli Əsədoov
Kütləvi zəhərlənməyə səbəb olan sahibkarlardan biri DANIŞDI - VİDEO

“WhatsApp”a  yeni funksiya əlavə edilir

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Şagird müəllimənin başına zibil torbası keçirdi
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR