Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
76829
az

Meyxanaçıların çıxışında  cinayətə çağırış varmı? - Vəkildən mühüm açıqlama

21:5818 Noyabr, 2022
1625
CƏMİYYƏT
  • A
Meyxanaçı Rəşad Dağlının qətl törətdikdən sonra meyxanaçılar yenidən gündəmə gəlib.
Sosial şəbəkələrdə meyxanaçıların leksikonunda jarqonlardan istifadə edilməsi tənqidlə qarşılanıb.
 
Oxu24.com mövzu ilə bağlı tanınmış vəkil Sadiq Əfəndiyevlə əlaqə saxlayıb.
Həqiqətənmi meyxanada cinayətə çağırış edən ifadələr,küçə söyüşləri varmı?
 
Vəkil Sadiq  Əfəndiyev bildirib ki, meyxana sənətinin poetik əhəmiyyətə malik bir söz sənəti olduğunu qəbul ediriksə, ümumilikdə poeziyanın insanlara müsbət təsiri kimi, meyxananın da müsbət tərəfləri haqqında kifayət qədər danışa bilərik. Bununla yanaşı onu da etiraf etməliyik ki, bəzi meyxanalarda söyüş, bayağılıq, eləcə də narkotikanın və cinayətkar aləmin təbliği  kimi cəmiyyət üçün təhlükəli davranışlara yol verilir.
 
Təbii ki, göstərilən hallar qəbul edilməzdir və onlarla ciddi mübarizənin aparılması zəruridir. Nəinki təkcə meyxana sahəsində, istənilən sahədə cəmiyyət üçün təhlükəli olan hərəkətləri təbliğ edən hər cür davranış sərt tənqid olunmalı, bu istiqamətdə təsirli mübarizə üsullarından istifadə edilməli, hətta bu cür əməllərə görə qanunvericiliklə ciddi məsuliyyət tədbirləri nəzərdə tutulmalıdır.
 
 
 
 
 
 Lakin bu o demək deyildir ki, sözü gedən neqativ hallara görə meyxananın müsbət tərəflərini görməzdən gəlməliyik və onların üstündən xətt çəkilməliyik. Bu baxımdan meyxananın yalnız mənfi tərəflərini göstərməklə ümumilikdə onun sıxışdırılıb aradan çıxarılmasını arzulayan şəxslərin mövqeyində reallığa əsaslanan hər hansı məntiq görmürəm.
 
Hər şeydən əvvəl “meyxana” sözünün etimoloji mənası müəyyən kəsimdə bu söz sənətinin mahiyyətinə varmadan ona bəri başdan mənfi yanaşmanı doğuran amillərdən biridir. Bu sözün kökündə farscadan “şərab” mənasını verən “mey” sözünə diqqət edən həmin kəslər təbii ki, meyxana sənətinin şərab, eyş-işrət məclislərində təşəkkül tapdığını düşünərək, şərab və digər bu kimi bihuşedicilərin təbliğini cəmiyyət üçün zərərli bildikləri qədər də, meyxananı cəmiyyət və gənclik üçün zərərli bilirlər. Təsadüfi deyildir ki, bu cür ənənəvi  yanaşmada dəyişikliyə nail olmaq üçün meyxana aləmində “meyxana” sözünün “bədiyyə” sözü ilə əvəz edilməsinə cəhdlər də edilmişdir. 
 
Yəqin ki, meyxana əleyhdarları məmnuniyyətlə razılaşarlar ki, cəmiyyətimizdə söz sənəti olaraq yaxşı şeirə həmişə yüksək qiymət verilmişdir. Belə olan halda bu gün qeyri-etik, bayağı şeirlər var deyə, ümumilikdə şeir sənətimi qadağan edilməlidir?! Bu cür yanaşma sanki o deməkdir ki, sözlə pis əməl törədilirsə, o cümlədən cinayət təbliğ edilirsə, ümumiyyətlə söz söyləmək qadağan olunmalıdır. Əlbəttə ki, ümumilikdə yaxşılı pisli bütün sözlər deyil, yalnız pis söz tənqid edilib qadağan oluna, qınanıla bilər. Yaxşı, faydalı söz isə həmişə təqdir olunmalıdır. 
Eləcə də digər ədəbi janrlar kimi meyxana da tənqid olunmalı, müsbət və mənfi tərəfləri üzə çıxarılmalı və onun müsbət tərəflərinin inkişafına şərait yaradılmalılıdır. 
Yaxşı şeir kimi yaxşı meyxananın da insanlara müsbət yöndə poetik təsirini nəzərə almalıyıq. Unutmamalıyıq ki, əgər Sovet siyasi tarixində böyük vətən müharibəsi adlandırılan müharibədə S.Vurğun və digər bu kimi şairlərin şeirləri sovet əsgərlərinin ruh mənbəyi idisə, bu yaxınlarda Qarabağ uğrunda gedən vətən müharibəsində gənclərimizdə və əsgərlərimizdə döyüş ruhunun yüksəldilməsində, əsgərlərimizə qələbə ruhunun aşılanmasında meyxana janrında deyilmiş sözlərin də rolu az olmamışdır.
Vətən müharibəsinin gedişində Rövşən Binəqədili kimi tanınan meyxanaçının bu gün də gənclərimizin dilindən düşməyən, hərbi-vətənpərvərlik ruhunda təqdim etdiyi sisilə meyxanaları və məhz həmin müsiqili meyxanaların sədaları altında əsgər və gənclərimizin qələbə sevinici yaşaması buna bariz misaldır.
 
Beləliklə də bizim mübarizə hədəfimiz ümumilikdə meyxana yox, onun təhlükəli təzahürləri olmalıdır. Hədəf nə qədər düzgün seçilərsə, əldə olunmuş nəticənin effekti də bir o qədər yüksək olar.
 
Hazırladı: Miri Məcildi
 
Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

“Trendyol” Azərbaycan üçün qiymətləri KƏSKİN ARTIRDI
Zelenski onu vəzifəsindən azad etdi
Azərbaycanda vulkan püskürdü

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
İrandan gətirilən 61 kq narkotiki satmaq istədilər