Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
76753
az

Bakıda DƏHŞƏT - Ev sahibinə hədiyyə adı ilə görün nə göndərdilər - VİDEO

22:0517 Noyabr, 2022
107
  • A

Bakıda "karqo şirkətindən gəlmişik" deyib evə hədiyyə gətirənin paketindən qərənfil və qumbara çıxıb.

OXU24.COM Xəzər TV-yə istinadən xəbər verir ki, hadisə ötən gün Bakının Nəsimi rayonu, Alı Mustafayev küçəsi 1 ünvanında, paytaxt sakini Ceyhun Cəfərzadənin evində baş verib.

Zərərçəkmiş deyir ki, anası ona zəng vuraraq, ''oğlum, sənə hədiyyə göndəriblər'' deyib. Ev sahibi isə qapını açmayıb.

Vəziyyətdən şübhələnən Ceyhun Cəfərzadə dərhal 102-i xidmətinə məlumat verib. Hadisə yerinə ərazi üzrə 19-cu polis şöbəsinin əməkdaşları gəlib baxış keçiriblər.

Sonra FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları təhlükəsizliyi təmin etməklə qumbaranı mənzilin qarşısından götürüblər. Polis isə əməliyyat-axtarış tədbirlərinə başlayıb. Ceyhun Cəfərzadə iddia edir ki, qumbaranı mənzilinə keçmiş qayınatası Tiflisxan Bayramov göndərib.

Məsələ ilə bağlı adıçəkilən Tiflisxan Bayramovla əlaqə saxladıq. O, barəsində səslənən iddiaların əsasız olduğunu dedi.

Ceyhun Cəfərzadənin keçmiş qayınatası onu da bildirdi ki, bu işə görə polis onu çağırıb və izahatını alıb. Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən bildirildi ki, faktla bağlı araşdırma aparılır, məsələyə hüquqi qiymət veriləcək.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Əmlakına çıxarış ala bilməyənlər üçün yeniliklər olacaq - VİDEO
40 yaşından sonra uşaq sahibi olacaq 3 bürc

Maqnit qasırğası ilə bağlı əhaliyə xəbərdarlıq! Saat 15.00-dan sonra...

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
Azərbaycanda narkotikdən əziyyət çəkənlərin sayı açıqlandı