Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
76510
az

Prezident Administrasiyasında YENİ TƏYİNAT - FOTO

12:1815 Noyabr, 2022
151
CƏMİYYƏT
  • A

“Yüksəliş” müsabiqəsinin qalibi Tural Feyzullayev Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin Hüquqi təminat və təhlil sektorunun müdiri təyin olunub.

 

Oxu24.com  xəbər verir ki, Tural Feyzullayev 2011-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Hüquqşünaslıq ixtisası üzrə bakalavr pilləsini, 2013-cü ildə Fransanın Tuluz Universitetinin Beynəlxalq və Avropa hüququ üzrə magistr pilləsini, 2014-cü ildə isə həmin Universitetin Beynəlxalq biznes hüququ üzrə magistr pilləsini bitirib.

 

Tural Feyzullayev əmək fəaliyyətinə 2011-ci ildə “Azərsun Holdinq” MMC-də araşdırma mütəxəssisi kimi başlamış, 2015-ci ildə Azərbaycan Respublikasının Mərkəzi Bankında hüquq məsləhətçisi kimi davam etdirmiş, 2016–2020-ci illərdə Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasında hüquqşünas, aparıcı və baş hüquqşünas vəzifələrində, 2018-ci ildən 2020-ci ilədək isə Hüquqi təminat idarəsinin rəisi vəzifəsində çalışıb.

 

Tural Feyzullayev 2020–2021-ci illərdə Azərbaycan Respublikasının Mərkəzi Bankında Hüquq departamentinin direktor müavini – Maliyyə bazarlarının hüquqi təminatı şöbəsinin rəisi vəzifəsində işləmiş, 2021-ci ildən etibarən “AccessBank”da Hüquq və komplayens departamentinin rəhbəri vəzifəsində çalışıb.

 


Tural Feyzullayev Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılmasına verdiyi töhfəyə və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması sahəsində səmərəli fəaliyyətinə görə 2018-ci ildə “Tərəqqi” medalı ilə təltif edilib, 2021-ci ildə birinci “Yüksəliş” müsabiqəsinin qalibi olub.

 

O, ingilis və türk dillərini sərbəst, fransız dilini isə yaxşı bilir.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

“Uçuşdan öncə baqajınızın şəkillərini çəkib özünüzdə saxlayın”- ekspertdən vacib müraciət-FOTO+ÖZƏL
Stilist 87 yaşlı Zeynəb Xanlarovanı elə bəzədi ki... - Fotolar
Bahar taksi sürücülərinə səsləndi:

Morju narahat edən turist cərimələndi

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Tramvay yandı - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Azərbaycanda dəhşətli QƏTL: dostunu bir yumruqla öldürüb basdırdı