Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
76487
az

Baş Prokurorluğun əməkdaşları beynəlxalq tədbirlərdə iştirak ediblər

12:1015 Noyabr, 2022
103
CƏMİYYƏT
  • A

Cari ilin noyabr ayı ərzində Baş Prokurorluğun əməkdaşları bir neçə ölkədə beynəlxalq səviyyəli tədbirlərdə iştirak ediblər.

Bu barədə "Oxu24.com-a qurumun Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Beynəlxalq hüquqi əməkdaşlıq idarəsinin rəis müavini Samirə Nəcəfzadə, Dövlət təhlükəsizliyi, fövqəladə hallar və sərhəd xidməti orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin böyük prokuror-metodisti Qədir Məmmədov və Astara rayon prokurorluğunun müstəntiqi Tərlan Həmidov Monteneqronun Budva şəhərində “Transsərhəd mütəşəkkil cinayətkarlıqla mübarizə üzrə prokurorların beynəlxalq forumu” adlı hibrid Multi-TAİEX seminarında iştirak ediblər. Tədbirdə transsərhəd mütəşəkkil cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi və ağır cinayətlərə qarşı mübarizədə “Eurojust” və “Europol”un rolu müzakirə edilərək Avropa İttifaqının ən yaxşı təcrübələri istiqamətində fikir mübadiləsi aparılıb.

Baş prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Zəfər Ramazanov Avropa Şurasının Kibercinayətkarlıq üzrə Proqram Ofisi və Avropa İttifaqının Cinayət Ədliyyəsi üzrə Əməkdaşlıq Agentlyinin (Eurojust) təşkilatçılığı ilə Niderland Krallığının Haaqa şəhərində təşkil olunmuş seminarda iştirak edib. Seminar zamanı maddi gəlir əldə etmək məqsədi ilə törədilən kiberhücumlar, habelə kibercinayətkarlığın müxtəlif formaları barədə müzakirələr aparılıb.

Həmçinin Beynəlxalq hüquqi əməkdaşlıq idarəsinin prokuroru Nigar Yahyazadə Kosta Rika Respublikasının paytaxtı San-Xose şəhərində Avropa İttifaqı və Avropa Şurasının birgə maliyyələşdirdiyi Kibercinayətkarlıq üzrə Qlobal Tədbirlər (Global Action on Cyber Action Extended - GLACY) layihəsi çərçivəsində təşkil edilmiş “Kibercinayətkarlığın qarşısının alınması, istintaqı və mühakiməsində qadınların rolu” mövzusunda olan beynəlxalq konfransda iştirak edib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Kapital Bank-ın dəstəyi ilə “My Technology” layihəsinə start verildi
Qadınların məşğulluğunu məhdudlaşdıran amillər araşdırılacaq
Minimum maaş bu qədər artacaq - Tarixlə bağlı açıqlama

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
İrandan gətirilən 61 kq narkotiki satmaq istədilər