Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
76352
az

İran dronlarının dağıtdığı Kiyev - FOTOREPORTAJ

17:0512 Noyabr, 2022
90
CƏMİYYƏT
  • A

Son aylarda Rusiya qoşunlarının həyata keçirdiyi raket və hava hücumları nəticəsində Ukraynanın Kiyev, Dnepr, Xarkov, Jitomir və Krivoy Roq rayonlarında mülki infrastruktur obyektlərinə ciddi ziyan dəyib. Yaşayış məntəqələrindəki obyektlər, o cümlədən elektrik stansiyaları və yarımstansiyaları sıradan çıxıb, yaralılar olub.

Paytaxt Kiyevdə hücumlar şəhərin şimal-şərqindəki Desnyanski rayonunda mühüm infrastruktur obyektlərinə edilib. Kiyevdə Dnepr çayının sol sahilində işıq və su verilişində fasilələr yaranıb.

Hücumların qarşısının alınması üçün əməliyyat həyata keçirən Ukrayna hərbçiləri İrana məxsus onlarla pilotsuz uçuş aparatlarını (PUA) vurublar.

"Report"un Şərqi Avropa bürosunun əməkdaşı İran istehsalı olan PUA-ların Kiyevdə dağıntılar yaratdığı mülki infrastruktur obyektlərindən reportaj hazırlayıb.

Məsələni "Report"a şərh edən Ukraynanın UNİAN İnformasiya Agentliyinin şef redaktoru Mixail Qannitskiy bildirib ki, bu dronlar istifadə taktikası sayəsində olduqca effektivdir. Onlar vasitəsilə kütləvi zərbələr endirmək mümkündür. Üstəlik, ucuz olduğuna görə Rusiyanın bu dronlardan kütləvi şəkildə istifadə etmək imkanı var. Söhbət ondan gedir ki, "Shahed" pilotsuz uçuş aparatı bu dronun vurulması üçün istifadə edilən istənilən növ hava hücumundan müdafiə sistemlərinin qiymətindən aşağıdır. Məsələn, hətta "Stinger"dən 1 raket atışı belə 1 "Shahed" PUA-dan baha başa gəlir".


Onun sözlərinə görə, dronlardan kütləvi istifadə edilməsi nəticəsində onlardan birinin və ya bir neçəsinin hədəflərə çatmaq ehtimalı artır:

"100 dron buraxılır, onlardan cəmi dördü hədəfi vurur. Lakin 4 dronun elektrik stansiyasına zərbəsi nəticəsində belə ciddi ziyan dəyir. Bu amil olmasaydı, rusiyalı terrorçularının ukraynalılara və Ukrayna iqtisadiyyatına cəbhə xəttindən 150 kilometr uzaqda hücum etmək üçün resursları olmayacaqdı. Buna görə də ayətullahların kriminal rejimi Ukraynada müharibənin uzadılmasında birbaşa məsuliyyət daşıyır və ukraynalılara, o cümlədən müsəlman ukraynalılara qarşı soyqırımının həyata keçirilməsində əlbirdir", - M.Qannitskiy bildirib.

 

 

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Azərbaycanda unun qiyməti yenə ucuzlaşdı – Çörəyin qiyməti dəyişməz qalıb
Broyler toyuqlarının bu hissələrini yeməyin
Xolesterol səviyyəsini idarə etməyə kömək edəcək unikal içki

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
İrandan gətirilən 61 kq narkotiki satmaq istədilər