Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
76295
az

Bakıda nəqliyyat probleminin həlli ilə bağlı xüsusi tapşırıq var, bu istiqamətdə iş gedir - Nazir

14:0711 Noyabr, 2022
87
CƏMİYYƏT
  • A

Bakıda nəqliyyat probleminin həlli ilə bağlı xüsusi tapşırıq var, bu istiqamətdə iş gedir.

OXU24.COM Trend-ə istinadən bildirir ki, bunu maliyyə naziri Samir Şərifov noyabrın 11-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin bu birgə iclasında "Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib.

Qeyd edək ki, müzakirələr zamanı İnsan hüquqları komitəsinin sədri Zahid Oruc bildirmişdi ki, Bakıda ictimai nəqliyyatın qeyri-effektivliyi tıxac probleminin yaranmasında əsas səbəblərdən biridir.

Z.Oruc qeyd edib ki, əsas iş yerləri, təhsil müəssisələri, səhiyyə, ticarət obyektləri əsasən Bakının 3-4 faizlik hissəsində formalaşıb. "Səbail, Nəsimi, Yasamal, Nərimanov rayonlarının ümumi ərazisi Bakının ərazisinin cəmi 4 faizini təşkil edir, amma paytaxt əhalisinin 28 faizi burada toplaşıb. Ona görə də ictimai nəqliyyatın qeyri-effektivliyi tıxac probleminin yaranmasında önəmli yerlərdən birini tutur. Eyni zamanda yeni binaların tikintisi zamanı parkinq yerlərinin nəzərə alınmaması bu problemin yaranmasında önəmli rol oynayır", - deyə o əlavə edib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Əmlakına çıxarış ala bilməyənlər üçün yeniliklər olacaq - VİDEO
40 yaşından sonra uşaq sahibi olacaq 3 bürc

Maqnit qasırğası ilə bağlı əhaliyə xəbərdarlıq! Saat 15.00-dan sonra...

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
Azərbaycanda narkotikdən əziyyət çəkənlərin sayı açıqlandı